Ordu.az xəbər verir ki, bu barədə Hindistanın “The Economic Times” nəşri məlumat yayıb.
Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi General Manoj Naravane nəşrə bildirib ki, layihə ilə bağlı danışıqlar inkişaf mərhələsindədir və hazırda müəyyən məqamların son koordinasiyası aparılır. Eyni zamanda, o, avtomatların istehsalı üçün son müqavilənin yaxın vaxtlarda imzalanacağını bildirib.
Lisenziyaya əsasən Hindistanda istehsal olunan bir AK-203-ün qiyməti 1218 dollar olacaq.
Sevinc Əliyeva
Ordu.az