20 Yanvar əlili: "Qoşunun qarşısını kəsmək üçün hərəkət etdikdə yaralandım, məni apardıqları maşını bir də gülləboran etdilər" (MÜSAHİBƏ)

2021/01/14060-9666837906.jpg
Oxunub: 1296     15:01     20 Yanvar 2021    
Şəhidlərimiz xalqımızın müstəqilliyinin şanlı tarixini öz qanları ilə yazıb. O şanlı tarix təkcə bu günü deyil, yetişməkdə olan gənc nəsillər üçün də əhəmiyyətlidir. 1990-cı ilin bu günü dinc sakinlərə atılan güllələrin əlil etdiyi şəxslərdən biri də Yevlax rayonunun Səmədabad kənd sakini Cahid Nəbiyevdir.

Ordu.az bu müsahibədə Cahid Nəbiyevin həmin günlə bağlı xatirələrini Sizə çatdıracaq.

1990-cı il 20 yanvar tarixi, illər ötsə də bu tarix unudulmayacaq. Azərbaycan müstəqillik tarixində ən önəmli günlərdən biri sayılır. Təpədən dırnağa kimi silahlanmış və zirehli texnikalarla təmin olunmuş rus silahlı birləşmələrinin qarşısına əliyalın çıxan xalqımız müstəqillik tariximizdə bu günün əsasını qoydu. Bu gün də şəhidlərimiz var. Amma ən əsası odur ki, xalqımız müstəqillik tarixinin ən şanlı səhifələrini yazmaqda davam edir.

- Salam, Cahid bəy, bizimlə müsahibəyə razılıq verdiyiniz üçün Sizə təşəkkür edirəm. Özünüz barədə qısaca məlumat verərdiniz.

- Mən 1970-ci ilin 20 avqust ayında Yevlax rayon Səmədabad kəndində anadan olmuşam. 1987-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat Uçotu fakultəsində daxil olmuşam.

- 20 Yanvar faciəsi gününü necə xatırlayırsınız?

- Mən o günü ilin bir günü deyil, hər gün yaşayıram və yaşamağa çalışıram. O günü bizim yaddaşlarımızdan silməyə heç bir haqqımız yoxdur. Siz təsəvvür edin ki, illərdir bizim sərvətlərimizlə inkişaf edənlərin həmin günü əliyalın xalqımıza qarşı etdiyi vəhşiliyi unutmağın özü bir nadanlıq olar.

- O gün nələr baş verdi, ümumiyyətlə bu addım gözlənilirdimi?

- Mən həmin ili 3-cü kursda oxuyurdum. Həm tələb yoldaşlarım, həm digər vətəndaşlardan rus əsgərlərinin hər gün şəhərin başqa-başqa istiqamətlərində göründükləri xəbərləri gəlirdi. Tam əmin olmasaq da, artıq onların şəhərdə say çoxluğu hansısa xoşagəlməz hadisənin olmasından xəbər verirdi. Ona görə də, biz tələbə yoldaşlarımızla daim ayıq-sayıq olmağa çalışırdıq. Düzdür, əlimizdə silah olmasa da, dinc sakinlərə etiraz edərkən atəş açacaqlarını heç təsəvvür etmirdik. Yəni biz elə bilirdik ki, sadəcə əhalini toplaşmasına mane olacaqlar. Amma yenə də deyirəm ki, dinc əhaliyə silah işlətmələrini qəti gözləmirdik.

- Hadisə necə başladı və siz necə oldu yaralandınız?

- İndiki Tofiq Bəhtrəmov adına Stadionun yanındaydıq. Hərəkətlilik olanda biz də oradaydıq. Gördük ki, atəş səsləri gəlir. İnsanların çaxnaşması başladı. Bu vaxtə orada olan rus əsgərlər şəhərə çıxış etmək istəyəndə, biz qoşunun qarşısını kəsmək üçün hərəkət etdik. Mən də orada baş verən hadisələrdə yaralandım. Avtomat gülləsi idi mənə dəyən, 5.45 çiynimdən dəymişdi. Sonra məni orada olan insanlar bir maşına əyləşdirdi. İndiki Musa Nağıyev adına, o vaxtı “Semaşko” dediyimiz xəstəxanaya apardılar. Biz “Semaşko”ya çata-çatda hesab edin ki, məni apardıqları maşını bir də gülləboran elədilər.

- İkinci dəfə siz atəşə tutmaları bir təsadüf idimi, yoxsa?

- Güman eləmirəm. Çünki, düşünülmüş şəkildə insanları atəşə tuturdular. Hətta yaralıları daşıyan avtomobilləri belə qəsdən vururdular.

- Aradan 31 il ötür. Bu müddətdə bu tarixi hər gün bir az daha yaxından yaşayırıq. Siz o günü təbliğ edə bilirsinizmi gənclərimizə?

- Az öncədə vurğuladım ki, mən o anları ilin bir günü deyil, hər gün yaşayıram. Niyə bilirsiniz, o demək deyil ki, mən yaralanmışam deyə o günü yaşayıram. Bu 31 ildə az vaxt olub ki, mən bu şəhidlər xiyabanına baş çəkməyim. Əsrlər boyu ata-babalarımızın başlarına gələn müsibətləri bizdən zor gücünə gizlətməklərinə daha son qoymaq lazımdır. Bax bunun üçün o yaşadığımız tarixi son incəliyinə qədər bizdən sonra gələnlərin yaddaşında elə həkk etdirməliyik ki, bir daha xalqımız unutqanlığının qurbanı olmasın.

- Amma unutmadıq, o hadisələri görməyənlər belə xalqımıza qarşı olan qətliamların qisasıyla böyüdülər. Sizcə burda 20 Yanvar hadisələrinin rolu varmı?

- Əlbəttə ki, var. Azca tariximizə nəzər salaq. 1905, 1918, 1937 bütün bu tarixlərin hamısında başımıza gətirilənləri unutduğumuz üçün 1988-ci ildə yeni eyni faciələri yaşadıq. Amma yetər artıq, biz daha o hadisələrin yaşanmaması üçün başımıza gətirilənləri şişirtmədən olduğu kimi deməliyik. Baxın ətrafımıza, biz bu günə qədər nə qədər şəhidlər vermişik. Bütün bunlar ovaxtkı şəhidlərimizin də indiki şəhidlərimizin qanıyla sulanan bu torpaqların yetirmələridir. Təkcə indiki deyil, bizdən sonra gələn cavanları başqa qələbələrə, başqa məqsədlərə aparacaq, tarix yazıb bu şəhidlərimiz. Və bu şəhidlərin qanıyla yoğrulan torpaqlarımızda böyüyən nəsillər bizi itirilən digər torpaqlarımıza aparacaq. Keçmiş tariximizi bərpa etməyə aparacaq.

- Cahid bəy, vaxt ayırdığınız üçün çox sağ olun deyirik.

- Mən sizə təşəkkür edirəm ki, bu tarixi yazıb yaşadırsınız

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: 20-Yanvar  

20 Yanvar əlili: "Qoşunun qarşısını kəsmək üçün hərəkət etdikdə yaralandım, məni apardıqları maşını bir də gülləboran etdilər" (MÜSAHİBƏ)

2021/01/14060-9666837906.jpg
Oxunub: 1297     15:01     20 Yanvar 2021    