Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Miabanutyun” klubunun rəhbəri Smbat Karaxanyan bildirib.
Onun sözlərinə görə, bu, qapalı məlumatdır, yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin daxilindədir.
Karaxanyan qeyd edib ki, bu qovluqlarda dövlətlə bağlı çox gizli məlumatlar varsa, onda bunlar tam şəkildə məhv edilmə mövzusu deyil.
Onun sözlərinə görə, Ermənistan casus şəbəkəsi ilə dolub.
“Rus xüsusi xidmət orqanları ayrıca məlumatlara malik ola bilər. Lakin bu, əməkdaşlıq çərçivəsində deyil”, - deyə Karaxanyan əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az