“Ermənistanın məğlub olmuş rəhbəri yaranmış problemləri həll etmək iqtidarında deyil” - Sasunyan

2021/01/16103-1611137504.jpg
Oxunub: 629     14:55     20 Yanvar 2021    
“The California Courier” qəzetinin naşiri və redaktoru Harut Sasunyan yazıb ki, Ermənistanın niyə bənzər xaotik və dərin vəziyyətdə olmasının üç səbəbi var.

Onun sözlərinə görə, birinci səbəb odur ki, Ermənistan müharibədə məğlub olmuş tərəf olaraq 2020-ci il noyabrın 9-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş naziri tərəfindən imzlanmış razılaşmanın həyata keçirilməsində çox kiçik qollara sahibdir.

“İkinci səbəb razılaşmanın mətninin aydın olmaması, əsas detalların kənarda qalması, qeyri-müyyənlik yaranması ilə əlaqədardır”, - deyə Sasunyan qeyd edib.

Sasunyanın sözlərinə görə, üçüncü problem odur ki, Ermənistan Baş naziri Nikol Paşinyan məğlub olmuş tərəfin mənəviyyatsız rəhbəri olaraq müharibənin səbəb olduğu zərəri həll etmək və ya minimuma çatdırmaq iqtidarında deyil.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sasunyan   Ermənistan   Böhran   Paşinyan  


Bizi "telegram"da izləyin