Ankaranın yeni çoxvektorlu siyasəti və Qafqaz

2021/01/33322-1611297242.jpg
Oxunub: 1905     10:38     22 Yanvar 2021    
Türkiyənin xarici siyasətində çoxvektorlu dəyişikliklər edilməsi barədə açıqlamalar verilir. Ərəb dünyasında ərəb dövlətləri ilə Qətər arasındakı münasibətlərin normallaşması prosesi, Avropa İttifaqı ilə gərginliyin azaldılması, Paris-Ankara yaxınlaşması, İrəvana mesajlar və indi rəsmi Vaşinqtonla yeni bir səhifə açılması bəyan edilir.

Avropa ilə münasibətləri dəyişdirmək baxımından Ankara əvvəlcə Fransa ilə ikitərəfli münasibətlərin normallaşması üçün yol xəritəsini hazırlamaq üçün çalışdığını açıqlamış və bu istiqamətdə irəliləyiş əldə edildiyini bildirmişdi. Çavuşoğlu Fransa Xarici İşlər naziri ilə “çox konstruktiv telefon əlaqəsi” olduğunu da sözlərinə əlavə etmişdi.

Türkiyə diplomatiyası rəhbərinin sözlərinə görə, ölkəsinin bütün Avropa İttifaqı ilə münasibətlərinin “daha yaxşı bir atmosferə” ehtiyacı var.

Avropa Komissiyasının cavabı gec qalmayıb. Komissiya sədri Aİ-nin Türkiyə ilə konstruktiv münasibətləri bərpa etməyə çalışdığını bildirib. Bu baxımdan, Ərdoğanla Avropa rəsmiləri arasındakı video görüş zamanı konstruktiv münasibətləri bərpa etmək üçün praktik addımların atılması zərurətindən bəhs edildiyi aydın olur. Ankaranın Aİ üzvlüyünü rədd etdiyi əvvəlki açıqlamaları da geridə qalmışdı. Ərdoğan Aİ-ni Brexitdən sonra Türkiyəni birliyin üzvü kimi qəbul etməyə çağırış edib.

Bunun ardından Makron-Ərdoğan məktubu yazışmaları yayımlanmışdı. Sonrakı bəyanat tipli hadisələr, əslində münasibətləri normallaşdırmaq vəzifəsinin törəmələridir.

Ərəblər və Avropa ilə yanaşı gözlənilən əsas vektor gecikməyən Vaşinqtona mesaj idi. Beləliklə, Türkiyə Xarici İşlər naziri yeni seçilmiş ABŞ Prezidentinin səlahiyyətlərinin icrasına başladıqdan sonra Ankara yenidən Rusiyanın S-400 hava hücumundan müdafiə sisteminin alınması ilə bağlı texniki məsələləri müzakirə etmək üçün Vaşinqtonla ortaq bir işçi qrupu qurmağı təklif edəcəyini söyləyib. O, ölkəsinin ABŞ rəhbərliyi ilə münasibətləri yaxşılaşdırmaq üçün səmimi bir səy göstərməli olduğunu və Bayden rəhbərliyindən də eyni yanaşmanı gözlədiyini bildirib.

Bu üç istiqamət arasında Amerika yanaşmasına dair bəzi fərqlər var. Ərəblər və avropalılar Ankaranın normallaşma bəyanatlarına cavab verib müsbət əlamətlər göstərsələr də, amerikalı siyasətçilər hələlik susur, Ankara ilə bağlı açıq-aşkar narahatlıqlarını göstərməyə davam etdiklərini demirlər.

Vaşinqton keçən ay Ankaraya S-400 sistemləri alması səbəbindən çoxdan gözlənilən sanksiyalar tətbiq etdi. Türkiyə bu addımı “böyük bir səhv” olaraq qiymətləndirdi, eyni zamanda NATO üzvü olmasına baxmayaraq, Amerikanın F-35 döyüş təyyarələri proqramından çıxarılmasını da istisna etmişdi.

Bu səhnələşdirməni Amerikanın Türkiyədəki “Troya Atı” statusunun gücləndirilməsi olaraq dəstəklədiyini qəbul etsək, Vaşinqtonun niyə Moskva qədər beynəlxalq yurisdiksiyaya sahib olduğu Qafqaz müharibəsinə şahid qismində davrandığı daha aydın olardı. Müharibə boyu Vaşinqtonu ən çox İran sərhədlərinin həssaslığı və sərhəd dəyişiklikləri maraqlandırırdı. Ankara bu vəzifəni tam yerinə yetirdi.

Yeni rejimin ATƏT-i və ənənəvi vasitəçilik formatını yenidən başlatmaqla vasitəçi rolunu bərpa edəcəyi istisna edilmir.

Maraqlıdır ki, Ankara yalnız Qarabağ müharibəsindəki atəşkəsdən sonra çoxvektorlu xarici siyasət dəyişiklikləri siyasətini diktə etdi. Yəni, Rusiya ilə birgə əməliyyatları həyata keçirdikdən və Qafqazda hərbi varlığından sonra bu barədə bəyan edib.

Ərdoğan-Putin telefon danışığını şərh edən Türkiyə Prezidentinin Aparatı Rusiya ilə Türkiyənin azərbaycanlıların və ermənilərin Qarabağda sülhməramlı və müşahidə missiyasına ehtiyac olmadan birlikdə yaşamalarına imkan verən şərait yaratmağa çalışacaqlarına əminliyini bildirib.

Türk birliklərinin artıq Azərbaycanda lövbəri olan bir ölkə kimi Qafqazda yerləşdirildiyini və Qarabağdakı sülhməramlı missiyanın rus qoşunları tərəfindən həyata keçirildiyini qeyd etsək, bu bəyanat Ankaranın rus qüvvələrini Qarabağdan çıxarması tələbi kimi qəbul edilə bilər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ankara   Ermənistan   Böhran   Rusiya   ATƏT  

Ankaranın yeni çoxvektorlu siyasəti və Qafqaz

2021/01/33322-1611297242.jpg
Oxunub: 1906     10:38     22 Yanvar 2021    