Ordu.az xəbər verir ki, bunu ordu problemləri ilə məşğul olan erməni hüquq müdafiəçisi Janna Aleksanyan deyib.
Onun sözlərinə görə, səlahiyyətli şəxslərin, hüquq-mühafizə orqanlarının xəyanətlərlə bağlı bəyanatların izləri ilə getməməsi faktı onların məsuliyyətsiz davranışından xəbər verir.
“Bu o deməkdir ki, müharibədən sonra da eyni məsuliyyətsiz, səhlənkar iş üslubu davam edir. Xəyanətlərlə bağlı bəyanatlar məsuliyyətsiz bəyanatlar deyil”, - deyə Aleksanyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az