Xəbər verdiyimiz kimi, bu gün saat 12:20 radələrində Ermənistanın Sünik vilayətinin Meğri bölgəsinin Nrnadzor kəndi yaxınlığında müharibə zamanı ölmüş hərbi qulluqçuların meyitlərinin axtarış işlərini həyata keçirərkən partlayış baş verib.
Məlumata görə, mina partlaması nəticəsində Ermənistan Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Xidmətinin kapitanı Artyom İqnat Şahnazaryan və baş xilasedici, gizir Aram Sergey Navasardyan yaralanıblar.
Zərərçəkənlər ilkin tibbi yardımı Meğri tibb mərkəzində alıblar, hazırda Qafan xəstəxanasına köçürülürlər.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Partlayış