Ordu.az xəbər verir ki, Meğri bölgəsində müharibə günlərində itkin düşənlərin və meyitlərin axtarış işlərini həyata keçirən zaman partlayış baş verib.
Partlayış nəticəsində Ermənistan Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Xidmətinin Sünik vilayəti xilasetmə idarəsinin 2 xilasedicisi yaralanıb.
Hazırda onlar xəstəxanaya köçürülürlər.
Alpər Mövludoğlu
Ordu.az