Yer üzündən sildikləri yüzlərlə, minlərə tarixi abidələr və məscidlərin bir nümunəsidir Füzuli məscidi – REPORTAJ (FOTOLAR)

2021/01/16110-16110397460.jpg
Oxunub: 1669     14:25     19 Yanvar 2021    
Füzuli şəhərinin mərkəzi tamamilə dağıdılıb. Əslində bu bizim üçün bir yenilik deyil. İşğalda uzun illər qalan bu yerlər erməni vandalizminin bariz nümunələrindən yalnız biri və bir hissəsidir.

Şəhərin girişindən başlayaq hər yanda dağılan evlər, talan edilən iri binaların qalıqları gündüz belə adamı vahiməyə salan bir görüntü yaradır. Bizi aparan maşından düşüb şəhərin küçələri ilə gəzməyə qərar verdik.

İlk dayandığmız yer bir vaxtlar Füzuli şəhər İcraiyyə komitəsinin binası oldu. İlk baxışdan əzəmətli görünüşü və memarlıq üslubi ilə bu binanın dövrünün ən iri tikilisi olduğunu bilmək o qədər də çətin deyil. Hazırkı görünüşü isə adama hansısa qorxulu fantastik filmlərdə olan epizodları xatırladır. Binanın qarşısında durmaq belə təhlükəli bir vəziyyətə gəlib. Hər tərəfi, bütün divarları dağılan binanın ön hissəsi qalıb ki, adamda zəif bir küləyin təsirindən belə aşmaq təsəvvürü yaradır. Tikilinin içəri və çöl divarları 28 ildə inkişaf edən ağac və kollarla tamamilə örtülüb. Binanın uçuq divarlarının arxasına keçib baxmaq istəyin ürəyində qalır. Buna mane olan qarşına çıxan ağac və kollar deyil. Ətrafda olan hərbi sursatlar bu bitkilərin arasının da təhlükəli olmasından xəbər verir. Bir vaxtlar insanların sıx hərəkət etdiyi indi isə xarabalığa çevrilən tikililərin arası ilə gedən küçələrdən kənara çıxmamaq isə insan həyatı üçün ən təhlükəsiz yerlərdir.

Binanın qarşısında bir neçə dəqiqə olan müşahidələrimizi başa vurduqdan sonra aşağı enib qarşı tərəfə addımlayırıq. Dağətəyi relyefdə salınan Füzuli şəhərinin bir zamanlar möhtəşəm gözəlliyini və o zamankı müasirliyini bu xarabalıqlar fonunda təsəvvür etmək belə mümkün deyil. Dağıdılaraq xarabalığa çevrilən evlərin arası ilə şəhərin bəzi yerlərini gəzirik. Hər yanda eyni mənzərə, hər tərəfdə oxşar görüntü. Müharibə zamanı ermənilərin qoyub qaçdığı geyim və gündəlik tələbat üçün istifadə etdiklər əşyalar çıxır qarşımıza.

Ermənilərin atıb qaçdığı hərbi sursatların yerləri nişanlanıb, ətrafına xəbərdaredici nişanlar vurularaq lentlənib. İnsanların təhlükəsizliyini qorumaq üçün görünən və diqqət çəkən əşyalara toxunmamaq tövsiyyə edilir.

Şəhərin xarabalıq küçələrindən birində ətrafını kol-kos basmış kiçik bir tikili görürük. Sən demə bu tikili bir vaxtlar şəhərin ən gözəl yerlərində birində inşa edilən “Füzuli” bulağının qalıqlarıdır. İşğal zamanı yaşayış evlərini və inzibati binaları yandırıb, yer üzündən yaşayış faktını silməyə cəhd edən ermənilərin kimsəyə məxsus olmayan bulağı dağıtması isə düşmənin məkrli niyyətinin isbatıdır. Bu bulağın qalıqları, qarşımızda olan düşmənin nə qədər əzazil, məkirli və qorxunc bir varlıq olduğunu bir daha sübut edir.

Getdiyimiz küçələrin birində geniş ərazidə tikinti qalıqlarına rast gəlinir. Ərafa dağıdılan daşlardan binanın böyük olmasını təsəvvür etmək o qədər də çətin deyil. Ətrafa dağılan ağ daşların üzərində qədim yazılar və tarixi memarlıq nümunələrində olan rəsmlər diqqətimizi çəkir. Məlum olur ki, bu yer Füzuli şəhər məscidinin həyəti, ətrafa dağıdılan qalıqlar isə məscidin daşlarıdır. Bu yerin məscid olmasını isbat edən tək qalıq isə minarələrdən birinin təxmini 2.5 metrəyə qədər olan tikilisinin qalığıdır.

Budur, bu gün hər kəsin cavab verəcəyi bir yox, yüzlərlə sual bir anın içərisində insan beynində “çaxnaşır”. Özünü dini inanclarına hörmət etməyə çağıran bəzi dövlət və beynəlxalq qurumların cavab verəcəyi bir mənzərə var qarşımızda. Şuşadakı kilsəyə mərmi dəyib deyən, ermənilərin haray-həşirinə tez bir zamanda cavab verənlər, görəsən, Füzuli məscidinin tamamilə yer üzündən silinməsinə niyə səssiz qalırlar?

İşğal altında olan torpaqlarımızda qurduqları müdafiə istehkamları üzərindəki XAÇ-ın yerə düşməsinə görə dini inanclarımız təhqir edilir deyən erməni tayfasına əsaslı bir cavab kimi elə öz əməllərinin nəticəsini göstərmək olar. Yer üzündən sildikləri yüzlərlə, minlərə tarixi abidələr və məscidlərin bir nümunəsidir Füzuli məscidi.

Geri dönürük, gördüyümüz mənzərələr qarşısında təəssüf qarışıq bir hiddətlə geri dönürük. Amma bu bizim üçün bunun bir nəticə olacağına da inamımız yoxdur. İllərlə lal olub susmaq üçün təsir və təzyiqlərdə saxlandığımız yetər, məncə. Əslində gec, olduqca gec, yetişməkdə olan gəncliyimizə tariximizi və keçmişimizi, dostumuzu və düşmənimizi tanıda biləcəyimiz tutarlı təkzibolunmaz faktlar var qarşımızda.

Qalır bizim bu faktlardan tarixi həqiqətlərin üzə çıxarılmasında necə istifadə edə biləcəyimiz...

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Füzuli   Reportaj  

Yer üzündən sildikləri yüzlərlə, minlərə tarixi abidələr və məscidlərin bir nümunəsidir Füzuli məscidi – REPORTAJ (FOTOLAR)

2021/01/16110-16110397460.jpg
Oxunub: 1670     14:25     19 Yanvar 2021    