Yanvarın 13-də Ermənistan polisinin Hrazdan şöbəsində alınmış məlumata əsasən, hansısa Harut bir əsgərin valideyninə əsirlikdə olan oğlunu qaytaracağına söz verib və əsgərin valideynlərinin etimadından dələduzluqla sui-istifadə etmək yolu ilə 2 ayda terminal vasitəsilə onların verdiyi ümumi 1 milyon 500 min dramı mənimsəyib.
Sonra valideynlər oğullarının öldüyünü öyrəniblər.
Materialların hazırlanması zamanı Hrazdan polisləri müəyyənləşdiriblər ki, Harut özünü hərbi qulluqçu, rütbəcə mayor kimi təqdim edib.
Ölmüş erməni əsgərin valideynlərindən dələduzluq yolu ilə pul mənimsəmiş şəxs həbs olunub.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Böhran