Ordu.az xəbər verir ki, erməni hərbi ekspert Mher Hakobyanın sözlərinə görə, Azərbaycan-Türkiyə alyansının həyata keçirdiyi təlim ilk növbədə Ermənistan üçün təhlükəli olmaya bilməz.
“Bu hərbi təlimlər təhlükəlidir, çünki türk bizim tarixi, indi də geosiyasi rəqibimizdir və açıq mətnlə deyir ki, Ermənistanı, erməni xalqını və erməni dövlətçiliyini ortadan qaldırmaq vəzifəsini qarşısına qoyub. Bu hərbi təlimlərin Qars yaxınlığında keçirilməsi hücum xarakteri daşıyır, bizim üçün ən azı nəzəri səviyyədə zərər təqdim edir”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az