Ordu.az xəbər verir ki, bu barədə BMT-nin Mərkəzi Afrika Respublikasındkı missiyası məlumat yayıb.
Bildirilir ki, BMT-nin Mərkəzi Afrika Respublikasındakı missiyasının qabonlu və mərakeşli iki sülhməramlısı ölkənin cənubunda, Banqasudan (Mbomu prefekturası) 17 kilometr məsafədə onların kolonu silahlı qruplaşmaların koalisiyasının pusqusuna düşərkən öldürülüb.
Missiyanın rəhbəri Mankyor Ndiaye "Mərkəzi Afrika Respublikasında sülh uğrunda İttifaq" və "Antibalaka" silahlı qruplaşmalarının döyüşçüləri tərəfindən təşkil edilmiş hücumu pisləyib. O, qeyd edib ki, BMT-nin missiyası hücumu təşkil edənlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi və onların məsuliyyətə cəlb edilməsi üçün MAR hakimiyyəti ilə birgə işləyəcək.
Sevinc Əliyeva
Ordu.az