20 Yanvar faciəsi Kolumbiya mətbuatında

2020/01/15796-1579679480.jpg
Oxunub: 317     09:08     19 Yanvar 2021    
Kolumbiyanın nüfuzlu “El Expediente” xəbər portalında köşə yazarı Roberto Trobaxonun müəllifi olduğu, 20 Yanvar faciəsinə həsr edilmiş “Qara yanvar” başlıqlı yazı dərc olunub.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Meksikadakı Səfirliyi məlumat yayıb.

Məlumata görə, yazıda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı sovet rejiminin ədalətsiz mövqeyinə qarşı dinc şəkildə etiraz edən və ölkəsinin müstəqilliyini tələb edən paytaxt azərbaycanlıların üzərinə Sovet İttifaqının o zamankı rəhbəri Mixail Qorbaçovun göstərişi ilə qoşun göndərildiyi və bu zaman çoxlu sayda mülki azərbaycanlının, o cümlədən qadın və uşaqların qətlə yetirildiyi qeyd olunur.

Müəllif "Human Rights Watch" təşkilatının “Azərbaycanda Qara Yanvar” adlı hesabatından sitat gətirərək sovet qoşunlarının mülki azərbaycanılılara qarşı qeyri-mütənasib güc tətbiqinin kollektiv cəzalandırma olduğunu və bunun digər sovet respublikaları üçün də xəbərdarlıq məqsədi daşıdığını bildirir.

Sonda bütün bu qəddarlıqlara baxmayaraq, Azərbaycan xalqının haqlı mübarizəsindən əl çəkmədiyi və öz müstəqilliyinə nail olduğu deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Kolumbiya   20-Yanvar  

20 Yanvar faciəsi Kolumbiya mətbuatında

2020/01/15796-1579679480.jpg
Oxunub: 318     09:08     19 Yanvar 2021    