Ordu.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, aparılan minatəmizləmə əməliyyatının səmərəliliyinin daha da artırılması məqsədilə hər iki nazirlik arasında mövcud sıx əməkdaşlıq münasibətləri çərçivəsində yanvarın 18-də Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən ölkəmizə əlavə pirotexnik qrupu, texnika və avadanlıqlar gətirilib.
Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Gəncə Hava Limanında qarşılanan təyyarə ilə ölkəmizə gəlmiş qrup, texnika və avadanlıqlar minatəmizləmə əməliyyatına cəlb olunması üçün Nazirliyin Qarabağ Regional Mərkəzinə yola düşüb.
Ordu.az