Ordu.az xəbər verir ki, proqramın icrasına 2021-ci ilin ortalarında başlanacaq.
Ümumi proqramın dəyəri 14 milyard dollardır. Proqramda Fransadan “Rafale” döyüş təyyarələrinin alınması da nəzərdə tutulub.
Sifariş edilən təyyarələrin birincisi bu ilin ilk yarısında Yunanıstana təhvil veriləcək.
Modernləşdirmə planına əsasən, Yunanıstan, həmçinin yeni helikopterlər, PUA-lar, döyüş gəmiləri alacaq, F-16 parkını təkmilləşdirəcək.
Sevinc Əliyeva
Ordu.az