Sərhədlərin açılması Ermənistana nə vəd edir?

2021/01/55-1610525174.jpg
Oxunub: 535     15:13     19 Yanvar 2021    
Moskvada baş tutan Nikol Paşinyan-Vladimir Putin-İlham Əliyev görüşündən sonra bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasına dair ortaq bir bəyanat qəbul edildi. Bu məqsədlə üç ölkənin Baş nazir müavinlərinin rəhbərliyi ilə üçtərəfli işçi qrupunun yaradılması nəzərdə tutuldu. Ermənistan təmsilçisi artıq məlumdur, Mher Qriqoryan işçi qrupda Ermənistanı təmsil edəcək.

İşçi qrupunun ilk iclası bu ayın sonunadək baş tutacaq. Bu görüşün nəticəsi olaraq əsas fəaliyyət istiqamətlərinin siyahısını tərtib etmək planlaşdırılır. Prioritet dəmir yolu və avtomobil yolları əlaqəsinə veriləcək.

Əsas fəaliyyət istiqamətləri formalaşdıqdan sonra tərəflərin səlahiyyətli orqanlarının nümayəndələrindən, təşkilatların vəzifəli şəxslərindən ibarət ekspertlərin təmsil olunduğu alt qrupları yaradılmalıdır. Mütəxəssislərin təmsil olunduğu alt qruplar bir ay ərzində həyata keçirilən layihələrin siyahısını tərtib etməli, lazımi mənbələri və onların həyata keçirilməsi üçün tədbirləri təqdim etməlidirlər.

Bu paketləri alaraq İşçi Qrup 1 mart tarixinədək Azərbaycan və Ermənistan ərazisindən beynəlxalq daşımaların təşkili, həyata keçirilməsi və təhlükəsizliyi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpası və inşaası ilə bağlı tədbirlərin siyahısını və icra cədvəlini təsdiq üçün üç ölkənin liderlərinə təqdim edəcək.

Bu, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasına nail olmağı hədəfləyən yol xəritəsidir. Ancaq bu, görüləcək işlərin inventarlaşdırılacağı ilk addımdır. Bunları tamamlamaq üçün nə qədər vaxt və vəsait lazım olduğu gələcəkdə aydın olacaq.

İndiki məqamda ilk mərhələdəki işlərin icrası üçün çox məhdud tarixlərin seçildiyi göz qabağındadır. Yəqin ki, tərəflər və ya tərəflərdən biri yolların blokadadan çıxarılması barədə üçtərəfli sənəd imzalamağa mümkün qədər tez nail olmağa tələsir. Baxmayaraq ki, işlərin bununla bitməyəcəyi, sadəcə yeni başlayacağı aydındır.

Bölgədəki nəqliyyat əlaqələrinin tam blokadadan çıxarılmasına nail olmaq üçün uzun zaman lazımdır. Xüsusilə, infrastrukturun bərpası və yenilərinin inşası üçün hansı vasitələrdən istifadə edilməsi hələ aydın deyil. Bu bərpa, tikinti işləri ciddi maliyyə vəsaitləri tələb edəcək. Tərəflərin hər biri bu işləri öz imkanları ilə öz ərazilərində aparmaq məcburiyyətində qalarsa, bu gün Ermənistanın bu imkanlara sahib olub-olmadığı və ya bunun üçün yeni borclar cəlb etməli olduğu sualı ortaya çıxır.

“168.am” nəşri yazır ki, nəqliyyat infrastrukturunun blokadadan çıxarılması və istismarı ilə bağlı bir çox problem var.

“Bəlkə də Ermənistanın Rusiya və İranla dəmir yolu əlaqəsi qurması barədə deyilənlər yaxşı səslənir. Təbii ki, infrastrukturun blokadadan çıxarılması iqtisadi inkişaf üçün zəruri bir addımdır. Yük tariflərinin endirilməsi və malların ucuzlaşması üçün əlverişli ola bilər. Ancaq nəqliyyat infrastrukturunun blokadadan çıxarılmasının nəinki iqtisadiyyat üçün, həm də ölkəmizin təhlükəsizliyi üçün nə kimi faydaları və zərərləri olacağını hesablamaq məcburiyyətindəyik.

Şübhə yoxdur ki, iqtisadi təhlükəsizlik də daxil olmaqla təhlükəsizliklə bağlı ciddi problemlərlə qarşılaşacağıq. Bu hal həm regional infrastrukturun, həm də iqtisadiyyatın blokadadan çıxarılması səbəbindən ortaya çıxacaq.

Bu gün iqtisadiyyatımız bu risklərlə müqavimət göstərməyə hazırdırmı? Bu sualın cavabı birmənalıdır, əlbətdə hazır deyil.

Sərhədlərin açılması nəticəsində yeni bazarlar əldə edə biləcəyimiz nə qədər bəyan olunsa da, bunun məhz belə olacağını düşünmək sadəlövhlükdür. Buna görə əvvəlcə rəqabətə davamlı məhsula sahib olmağı düşünmək lazımdır. Həm də ticarət birtərəfli olmur. Başqalarının bazarına daxil olma barədə düşündüyümüz qədər, başqaları da erməni bazarında yer tutmağı düşünür. Bu mənada isə imkanlar müqayisə olunmaz dərəcədə fərqlidir.

Sərhədlərin açılması nəticəsində erməni bazarı güclü təzyiq altında olacaq. O cümlədən yerli istehsal təzyiq altında olacaq, xüsusilə kənd təsərrüfatı ciddi təhlükə altına düşəcək.

Beləliklə, iqtisadiyyatın və infrastrukturunun blokadadan çıxarılması özü üçün bir məqsəd olmamalıdır. Faydalarını və zərərlərini başa düşmək lazımdır. Sərhədlər açıldıqda və sabah qapalı sərhədlər şəraitində olduğundan daha ciddi nəticələrə səbəb olacaqsa, o halda heç kimə belə vəziyyət lazım deyil.

Bu gün erməni iqtisadiyyatı zəif və həssasdır. Maddi problemlər də daxil olmaqla ciddi problemlərlə üzləşmişik. Elə zənn edirik ki, sərhədlərin açılması investisiya mühitini dəyişdirmək üçün yaxşı bir fürsətdir. Bəs bu qədər təhlükəsizlik problemi olduğu təqdirdə hansı investisiya mühitindən danışmaq olar?

Bu şəraitdə investisiyalar və iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması barədə düşünmək çox çətin olacaq. İnvestisiya gözləntiləri üçün yalnız blokadadan çıxma infrastrukturuna etibar etmək kifayət deyil. Bölgədəki çoxsaylı ziddiyyətlər şəraitində həmin bu infrastrukturların fəaliyyətinin təhlükəsizliyini təmin etməyin nə dərəcədə mümkün olacağı hələ böyük bir sual altındadır.

Bu ziddiyyətlərin tez bir zamanda həll olunacağını gözləmək sadəlövhlükdür.

Buna görə iqtisadiyyatın və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması deyilən şeyin hara qədər gedəcəyini söyləmək hələ tezdir. Burada çox risk var və hər an bölgəni uçuruma apara bilər”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Paşinyan  

Sərhədlərin açılması Ermənistana nə vəd edir?

2021/01/55-1610525174.jpg
Oxunub: 536     15:13     19 Yanvar 2021    