Ordu.az xəbər verir ki, bunu erməni iranşünas, İrəvan Dövlət Universitetinin şərqşünaslıq kafedrasının müdiri Vardan Voskanyan deyib.
“Hamı üçün çox aydındır ki, rus sülhməramlılar öz mövcudluqları ilə öz dövlətinin təhlükəsizliyini də təmin edərək daha böyük əraziyə nəzarət etmək istəyərdilər. Buna görə də DQMV-nin keçmiş sərhədlərində Qarabağın “statusu”nun tanınması və ya möhkəmləndirilməsi rus maraqlarından irəli gəlməlidir”, - deyə erməni iranşünas qeyd edib.
Voskanyanın sözlərinə görə, proseslər Ermənistanın hazırkı hakimiyyətinin səriştəsizliyi səbəbindən məntiqsiz məcrada davam edib və burada təkcə Ermənistanın yox, həmçinin onun müttəfiqinin marağına ziyan dəyib.
Alpər Mövludoğlu
Ordu.az