Müharibə zamanı hərbi hissəni tərk etmiş və qaçmış, üstəlik əməliyyatlar zamanı hərbi hissəyə gətirilmiş qəhvə aparatlarını “boşaltmağa” birinci cəhd etmiş Suqovuşandakı erməni hərbi hissəsinin komandiri Sevak Abrahamyan 18-ci dağatıcı diviziyasının qərargah rəisi təyin olunub.
Ordu.az xəbər verir ki, bu barədə “168.am” nəşri məlumat yayıb.
Qeyd edək ki, müharibə günlərində Sevak Abrahamyanı Suqovuşan hərbi hissəsinin komandiri vəzifəsində polkovnik-leytenant Armen Bejanyan əvəz edib. Bejanyan sonra döyüş əməliyyatları zamanı məhv edilib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan-ordusu
Ermənistan
Böhran