Ordu.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan “Facebook” səhifəsində yazıb.
“Məsələn, tarix dərsliklərimizi ümumiyyətlə bir kənara qoysaq və bu dövrdə dünyada baş verən prosesləri başa düşməyə çalışsaq, hər şey bəlli olur.
Rusiya, İran, Çin ətrafında destabilizasiyalar halqası sıxılır, böyük oyun gedir.
Başımızı Qafqazın xəritəsindən bir az yuxarı qaldırsaq və böyük regiona diqqətlə baxsaq, mənzərə dəyişir”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az