Ordu.az xəbər verir ki, “Soldat & Technik” nəşri bunun üçün artıq tender elan edildiyini bildirib.
“John Inglis” şirkəti tərəfindən istehsal olunan “Browning” ilk dəfə 1944-cü ildə təqdim edilib və hələ də ordunun əsas tapançasıdır.
Yeni tenderlə Kanada ordusu 16.500 tapança sifariş etməyi nəzərdə tutub.
Kanada 2011-ci ildə köhnə tapançaları əvəz etməyə cəhd etsə də, texniki səbəblərdən alınmamışdı.
Tenderin qalibi sentyabrda açıqlanacaq. Tapançaların 2022-ci ilədək təhvil verilməsi nəzərdə tutulub.
Sevinc Əliyeva
Ordu.az