Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.
Bildirilib ki, liderlər Azərbaycan-Türkiyə və regional məsələlərlə bağlı müzakirə aparıblar.
Ərdoğan Azərbaycanın haqlı və böyük mübarizə ilə əldə etdiyi Qarabağ zəfərinin regionda sülh və rifah üçün yeni imkanlar yaratdığını bildirib. O, həmçinin qeyd edib ki, Türkiyənin Azərbaycana bütün sahələrdə dəstəyi davam edəcək.
Ordu.az