Vətən Müharibəsində hərbi qulluqçularımız ya şəhid, ya da qazi olmaq əqidəsi ilə vuruşdular - FOTOLAR

2021/01/99713-6444155072.jpg
Oxunub: 890     10:39     19 Yanvar 2021    
Hərbi zəfərimizin qazanılmasında hər bir qazinin layiqli töhfəsi var

Azərbaycanın işğalçı Ermənistana qarşı Vətən müharibəsi (27.09- 09.11.2020-ci il) müasir müstəqillik tariximizin şərəfli və qürurverici səhifəsidir. Bu müharibədə Azərbaycan xalqının qeyrətli, vətənpərvər və mübariz oğulları döyüş meydanında düşməni məğlubiyyətə uğradaraq, hünər nümunələri nümayiş etdirdilər. Rəşadətli Silahlı Qüvvələrimiz bizi doğma Qarabağımıza qovuşdurdu. Yüz minlərlə məcburi köçkünün üzərindən bu ad götürüldü.

44 günlük müharibə ordumuzu və onun sıralarında xidmət edən gənclərimizi gözümüzdə daha da ucaltdı. Qalib olmağı bacaran zabit və əsgər yetişdirən dövlət, cəmiyyət, xalq xoşbəxtdir. Məğlubedilməz zabit və əsgərlərimizə güc verən amillər Vətən sevgisi, millət təəssübkeşliyi, şəhidlik və qazilik zirvəsinə ehtiram hissi, ailələrinin xeyir-duası, tariximizdən qaynaqlanan qan yaddaşına bağlı döyüş ruhu oldu. Döyüşlərdə iştirak edən hərbi qulluqçularımız ya şəhid, ya da qazi olmaq, Vətən müdafiəçisi adını doğrultmaq, hərbi anda sadiq qalmaq əqidəsi ilə vuruşdular. Əsas amal Vətən torpağının düşmən tapdağından qurtulması, onun azadlığıdırsa, Azərbaycan zabiti və əsgərinin qarşısında aşılmayacaq heç bir maneə və ya sədd yoxdur.

Vətən müharibəsində hərbi zəfərimizi reallığa çevirənlərin ön sıralarında olmuş yaralı hərbi qulluqçularımızın da fədakarlığı heç vaxt diqqətdən kənar qalmayacaq və unudulmayacaq. Daxili Qoşunların bir çox zabit, gizir və müddətdən artıq xidmət edən çavuş və əsgər rütbəli hərbi qulluqçusu Vətən müharibəsi dövründə ön cəbhənin ayrı-ayrı istiqamətlərində döyüş tapşırıqlarını yerinə yetirərkən müxtəlif dərəcəli yaralanıb. Kiçik və iriçaplı odlu silahlardan, mina partlayışından yaralanma halları az deyil. Bu yaralar onların necə şiddətli döyüşlərdən keçdiklərini, qorxu bilmədən, cəsurluqla düşmənin üzərinə həmlə etdiklərini göstərir. Hətta ikinci dəfə, eləcə də bədəninin ayrı-ayrı nahiyələrindən yaralananlar var. Həmin yaralıların bir qismi uzunmüddətli müalicə və reabilitasiya mərhələsindən keçəcək. Ağır yaralıların bəzilərini sıralarımıza qaytarmaq mümkün olmayacaq, ancaq onlar hərbi xidmətdən tərxis edilsələr də, həyatları boyu Vətən müharibəsi iştirakçısı və qoşunların veteranı adını şərəflə daşıyacaqlar. Bəli, qoşunların müharibə veteranlarının cərgələri genişlənir. Birinci Qarabağ müharibəsi veteranlarının başladıqları döyüş yolunu yeni nəsil veteranlar ləyaqətlə başa vurdular.

Yaralı hərbi qulluqçularımızın arasında Birinci Qarabağ müharibəsi veteranlarının oğulları da var. Oğullar ataların 1992-1994-cü illərdə barıt qoxulu səngərlərdə üzləşdikləri sınaqlarla qarşılaşdılar, ancaq onların o vaxtkı döyüş əzminə yeni nəfəs verdilər. Yeni döyüşçülər nəsli əvvəlkindən güclü dövlətin yetirməsi olduğunu layiqincə isbatladı. Belə faktlar iftixar hissi doğurur və cəmiyyət üçün dəyərli örnəkdir.

Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla təltif edilən Vətən müharibəsi iştirakçıları siyahısında yaralı hərbi qulluqçularımızın da adlarının olması onların xidmətlərinin dövlət səviyyəsində yüksək qiymətləndirilməsinin təzahürüdür. Həmçinin, əlillik dərəcələri alan yaralı hərbi qulluqçularımıza aidiyyəti təqaüd və müavinətlər təyin olunub. Dövlətimiz Vətən müdafiəçilərinə öz qayğısını heç vaxt əsirgəmir. Vətən müharibəsi iştirakçılarının sosial təminatının möhkəmləndirilməsi yönündə kompleks tədbirlər həyata keçirilir və bu işlər davamlı xarakter daşıyır.

Azərbaycanın şəhər, qəsəbə və kəndlərində Vətən müharibəsi iştirakçılarının, o cümlədən, qazilərin necə coşqu və izdihamla qarşılandıqlarının şahidi oluruq. Onlara ümumxalq rəğbəti bu döyüşçülərə ruh yüksəkliyi aşılayır, yerinə yetirdikləri vacib missiyanın ölkəmizin taleyi üçün necə böyük əhəmiyyət kəsb etdiyini təsdiqləyir. Bu gün televiziya kanallarında, radio efirlərində, dövri mətbuatda, sosial şəbəkələrdə Vətən müharibəsi iştirakçıları barədə geniş məlumat verilməsi, mövzunun ictimai gündəmdə xüsusi yer tutması cəmiyyətimizin döyüşçülərə həssas münasibətinin, mənəvi dəstəyinin ifadəsidir.

Müharibədə döyüş tapşırıqlarını yerinə yetirərkən yaralanan hərbi qulluqçulara atəş altında ilk yardım göstərilməsi, onların təhlükəli ərazidən təxliyyəsinin təşkili əksər halda çətin və riskli olub. Ancaq buna baxmayaraq, özləri düşmən tərəfindən hədəfə alınsalar belə, hərbi qulluqçularımız yaralanan silahdaşlarını döyüş meydanından çıxarıblar. Hərbi hospital və xəstəxanalara çatdırılan bir çox ağır yaralının sağ qalmasında onların döyüşçü yoldaşlarının da rolunu danmaq olmaz. Hətta yaralı yoldaşını xilas edərkən şəhid olan hərbi qulluqçularımız barədə döyüşçülər göz yaşı ilə danışırlar. Bu, əsl döyüşçü qardaşlığı nümunəsidir. Məhz belə nümunələr hərbi qulluqçularımızın mənəvi cəhətdən zənginliklərini, qəlbi imanlı olduqlarını, insani keyfiyyətlərinin bütövlüyünü, yoldaşlıqda etibarlılıqlarını açıb göstərir.

Mərd hərbçilərimizi yaralı vəziyyətdə hərbi hospital və ya xəstəxana çarpayısında görmək müharibənin acı bir gerçəkliyidir. Kimlər üçünsə müharibədə bu vəziyyətdə belə sağ qalmaq şansı əlçatmaz olur. Düşmənin üzərinə atılan qorxmaz hərbi qulluqçu öz aqibətini deyil, nəyin bahasına olursa-olsun, hədəfə çatmağı, komandirin döyüş əmrini uğurla yerinə yetirməyi düşünür. Məhz belə döyüşkənlik əzmi ilə o, qarşısındakı düşməni susdurmağa, onu darmadağın etməyə özündə güc tapır.

Hərbi qulluqçularımız döyüşlərdə düşmənin güllə və mərmilərindən yaralansalar da, bütün fiziki ağrılara və müalicənin çətinliklərinə baxmayaraq, müharibədən zəfərlə qayıtmaları ilhamverici faktor olaraq onlara nikbin ovqat, müsbət əhval-ruhiyyə bəxş edir.

Xalqımızın başını uca edən hərbi zəfərin qazanılmasına verdiyiniz dəyərli töhfə həmişə minnətdarlıqla qeyd ediləcək, yaralı silahdaşlarımız!

Yalçın Abbasov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qələbə   Vətən-Müharibəsi   Qazi  

Vətən Müharibəsində hərbi qulluqçularımız ya şəhid, ya da qazi olmaq əqidəsi ilə vuruşdular - FOTOLAR

2021/01/99713-6444155072.jpg
Oxunub: 891     10:39     19 Yanvar 2021    