Əsirlikdən qayıtmış gizirlə MÜSAHİBƏ| “Geri çəkilmək intihar etmək demək idi”

2021/01/1-1611304465.jpg
Oxunub: 5844     12:52     22 Yanvar 2021    
Gizir Başəliyev Emin Zahir oğlu 22 yanvar 1988-ci ildə Yevlax şəhərində anadan olub. 2006-cı ildən həqiqi hərbi xidmət yollanıb. Hərbi xidmətini başa vurduqdan dərhal sonra müddətdən artıq hərbi xidmət qulluqçusu kimi xidmətə başlayır. Xidmət etdiyi müddət ərzində gizirlik məktəbinə daxil olub. Əsir düşdüyü günə qədər Azərbaycan ordusu sıralarında xidmət edib.

Emin kapitulyasiya aktı imzalandıqdan sonra əsrilərin dəyişdirilməsi prosesi çərçivəsində Azərbaycan təhvil verilib.

Ordu.az Emin Baxşəliyevin qısa, lakin çətin və işgəncələrlə dolu əsirlik günlərini təqdim edir:

- Emin, salam. Həmişə Vətəndə, ailənin yanında. Necəsiniz, özünüzü necə hiss edirsiniz?

- Salam, çox sağ olun, şükür olsun Allaha, yaram bır az ağrıyır. Qalan hər şey şükür olsun ki, yaxşıdır. Hələ ki, ev şəraitində müalicəmi davam etdirirəm.

- Emin döyüş günlərizlə bağlı danışmağını xahiş edirəm.

- İlk döyüşümüz sentyabrın 27-si başladı. Komanda verilən günü döyüşə çıxdıq. Gülüstan sahəsində Barambart deyilən istiqamətə. İlkin həmlədə ermənilərin postunu ələ keçirdik. Döyüş gərgin keçsə də, üstünlük bizim tərəfimizdəydi. Düşmənin bütün müdafiə istehkamlarını darmadağın edib, postu ələ keçirdik. Post alındıqdan və həmin mövqedə bərkitmə qüvvələri yerləşdiriləndən sonra biz başqa bir istiqamətə getdik. İlk günlərdən başlayaraq ermənilər bizə ciddi müqavimət göstərirdilər. Amma buna baxmayaraq, bizim həmlə onların bütün müdafiə səddlərini yarmışdı. Biz bölməmizlə birlikdə oktyabrın 1-nə kimi 3 döyüşdə olduq. Döyüşlərin hamısını da qalibiyyətlə başa vurduq.

- Əsir düşdüyünüz döyüş hansı döyüş oldu?

- Döyüşlərin birində Talış istiqamətində olduq. Həmin istiqamətdə qüvvəmiz xeyli irəlilədi. Burda da ermənilərin müqavimətini qıra bildik. Maraqlı bir hal o oldu ki, dağlıq ərazidə gedən döyüşlərin aktivləşdiyi vaxtlarda hava dumanlı olurdu. Bu duman da bizim irəliləməyimizin qismən ləngiməsinə səbəb olurdu. Həmin döyüşdə relyef və hava şəraitinin dumanlı olması səbəbindən biz çətinliklə üzləşdik. Günün sonuna yaxın duman çəkilnədə artıq biz mühasirədə olduğumuzu gördük.

- Onlar sizi necə görürdü, öncədən sizin mühasirəyə düşmənizi planlamışdılarmı, yoxsa buna dumanlı havada kömək etmişdi?

- Bəli, hava dumanlı idi, biz sadəcə atəşin açıldığı istiqamətə gedir və düşmənə müqavimət göstərirdik. Döyüşə-döyüşə biz artıq ermənilərin bir istiqamətdən müdafiə zolağını yarıb keçmişdik. Sağ cinahımızda olan postları duman olduğu üçün görməmişdik. Ona görə də, duman çəkiləndə artıq düşmənin bizi mühasirəyə aldığını görürdük. Amma biz yenə də geri çəkilmədən müqavimət göstərirdik. Çünki geri çəkilmək intihar etmək demək idi. Ona görə də, qalıb döyüşdük. Biz onları tamamilə zəiflətmişdik. Sonra onlara əlavə gələn qüvvələrin səbəbinə mühasirəni möhkəmləndirdilər.

- Həmin döyüş günü neçə şəhidimiz oldu?

- Ermənilərin əlavə qüvvəsinin gəlməsindən sonra bizim olduğumuz yeri davamlı minaatan mərmilərlə atəşə tuturdular. Bizim yaralanan və şəhid olanlarımızın əksəriyyəti minaatan mərmilərinin partlaması nəticəsində oldu. Biz artıq yaralılarımızı götürüb onları bir az geri, atəş nöqtəsindən çıxarmağa çalışdıq. Minaatan mərmiləri ilə bizi atəşə tutduqları üçün bir neçə şəhidimiz və xeyli sayda yaralımız vardı. Biz yarlılarımızı atəş nöqtəsindən geri çıxarıb yenidən döyüşə girmək istəyirdik ki, qumbaraatanla bizi vurdular. O partlayışda mən və bir neçə yoldaşlarım yaralandı.

- Çıxmaq mümkün deyildi, yəni düşmən yaralı hərbiçilərimizin çıxarılmasına imkan verimirdi?

- Siz nə danışırsınız? Bu, ümumiyyətlə mümkün deyildi. Ermənilər əsasən elə yaralıların olduğu ehtimal edilən yerləri daha çox vururdular. Mən yaralandıqdan sonra digər ağır yaralı yoldaşlarımın bir neçəsini döyüş meydanından çıxardım. Sonuncu dəfə geri dönəndə taqətim olmadı. Çox qan itirdiyimdən artıq gücdən düşdüm. Bir o yadımdaır ki, yerə yıxıldım. Gözlərimi açanda artıq gecə yarı idi.

- Özünüzə gələndən sonra nələr gördünüz?

- Özümə gələndə bir anlıq baş verənləri xatırlamağa çalışdım. Bir xeyli belə uzanıqlı qaldım. Yavaş-yavaş özümə gələndə səs eşitdim. Ermənilər lap yaxındaydı. Hiss edirdim ki, onlar öz meyitlərini yığmağa çalışırlar.

- Neçə gün qaldınız yaralı halda və orda qaldığınız müddətdə nələr müşahidə edirdiniz?

- Mən oktyabrın 5-nə kimi orda qaldım. Onlar gündüzlər atışır, gecələr meyitlərini yığırdılar. Bir dəfə özümə gələndə səhər yeni açılmışdı, donuz gördüm. Mən tərpənəndə o qaçdı, dərədən aşdı digər tərəfə. Bir neçə saatdan sonra gördüm ki, gəlib orda olan meyitləri yeyirdi. Mənim tərpəndiyimi hiss edən heyvanlar ora gəlmirdi. Amma ermənilər gündüz olanda meyitlərə fikir vermirdilər. Ona görə də donuzlar daha çox onların meyitlərini yeyirdilər. Hələ orada belə bir vəziyyət də oldu. Yaralandığımın 3-cü günü idi. Bir hənirti hiss elədim. Başımı qaldıranda iki çaqqal gördüm. Yəqin ki, qan iyinə gəlmişdilər. Onlar mənə tərəf gəlirdi. Düzü, o an diri-diri parçalayacaqları gəldi gözümün qabağına. Yerdən bir ağac parçası götürüb onları vurmaq istədim. Elə bildim ki, qaçacaqlar. Amma belə olmadı, əksinə mənə cumdular. Bu zaman bizdən bir az aralıya düşən mərminin partlama səsinə qaçıb getdilər.

- Nə zaman sizi aşkar elədilər?

- Onlar bir dəfə bizim şəhidlərimizin olduğu yerə qədər gəlmişdilər. Bizim şəhidlərimizin olduğu yerdə dayandılar. Mən gözlərimi yumdum və tərpənmədim. Onlar düşüb bir xeyli meyitlərin arasında gəzdilər. Təxmin edirəm ki, bu hal 10-15 dəqiqə çəkdi. Sonra maşına minib gedəndə bizim şəhidlərin nəşi üzərindən sürdülər. Həmin vaxtı mənim ayağımın üstündən keçdi təkərin ikisi. O anda ağrının şiddəti məni şoka salmışdı az qala. Özümü qışqırmaqdan zorla saxladım. Ayağımın biri qəlpə yarası almışdı, digərini də təkərlə əzmişdilər. Oktyabrın 5-də artıq bir neçə saatı idi ki, ermənilərin səsi gəlmirdi. Mən elə bildim ki, onlar gediblər. Bu neçə gündə həm aclıqdan, həm də qan itirmədən, bir yandan da ağrıdan tamamilə halsız olmuşdum. Son taqətimi toplayıb sürünə-sürünə yerimdən aralandım. Düşündüm ki, yəqin bizim qüvvəmiz bura qədər gəlib deyə ermənilər geri çəkilib. Ona görədə bir az geriyə gəlmək istəyirdim ki, bizimkilər məni görsünlər. Xeyli irəliləmişdim ki, ermənilər mənim hərəkət etdiyimi gördülər.

- Sizə atəş açıb dayandırdılar, yoxsa?

- Yox, onlar meşəyə dağılıb, ağacların üstünə çıxmışdılar. Elə məni də bizdən azca aralıda ağacın üstündə olan erməni gördü. Fikirləşirdim ki, daha vəziyyətdən çıxmışam. Birdən ətrafda onların səsini eşitdim, ağacdan tullanıb yanımda dayandılar. Gah rus dilinə, gah da öz dillərində nəsə deyirdilər. Yanıma kim gəldisə, avtomatın qundağıyla başıma vururdu. Hətta bir neçəsi mənə işgəncə vermək üçün yaramın üzərinə çıxır, təpikləyirdilər. Orda biri varı idi, o gələndə Azərbaycan dilində məndən soruşdu ki, sən hərbiçisən, dedim bəli. Sonra məndən dəqiq Azərbaycanlı olub-olmadığımı soruşdu. Sonra yaralı olub-olmadığımı soruşdu, dedim yaralıyam. Yaramın üzərinə dəyən təpiklərin zərbəsindən ağrı daha da şiddətlənmişdi deyə zorla danışırdım. O, yarama baxıb mənə bir iynə vurdu. Dedi ki, narahat olma bu ağrıkəsicidir. Amma ağrıkəsici vurulduqdan sonra daha da halsızlaşdım və özümü itirdim. Özümə gələndə artuq UAZ-ın içərisindəydim. Ordan məni Xankəndinə gətirdilər. Orda tibb işçiləri gəlib yarama baxıb dedilər ki, yarada heç nə yoxdur. İşlənmiş bir bintlə yaramın üzərini sarıyıb getdilər. Amma yaramda bir titrəşmə hiss edirdim. Sonra gördüm ki, yaraya artıq qurt düşüb. Onların yaranı qurda qarşı dezinfeksiya etmədən, təmizlənmədən həmin işlənmiş bintlə bağladılar.

- Sizi Xankəndində neçə gün saxladılar?

- Düzü, harada neçə gün qaldığımı bilmirdim. Çünki bizi bir neçə türməyə dəyişirdilər. Onların Xankəndindəmi, yoxsa ətraf rayonlardamı olduğunu müəyyən etmək çətini idi. Hiss edirdim ki, onlar bu yerdəyişmələri incitmək üçün edirdilər. Amma hər yerdəyişmədə bir təlaşları da var idi.

- Siz təkiydiniz, yoxsa əlavə əsirlər varıydı?

- Əvvəlcə elə bilirdim ki, tək mənəm, amma sonra 10 nəfərə qədər oldu sayımız. Bizi ayrı-ayrı kameralara salmışdılar deyə bir-birimizlə görüşməyə imkan yox idi Biz yalnız ayaqyoluna gedəndə gözlükdən görürdük bir-birimizi. Çox şükür olsun ki, dəyişdiriləndə onlar da qaytarıldı. Biz geri qaytarılanda təyyarədə belə danışmağımıza icazə verilmirdi. Dilqəm və Şahbazı görəndə çox sevindim. Amma həm onlarla, həm də digər hərbiçi yoldaşlarımla sevincimizi yalnız başlarımızla bölüşürdük. Biz təyyarədən düşəndə başladıq bir-birimizlə danışıb təbrik etməyə.

- Ordumuzun irəliləməsindən necə xəbər tuta bilirdiniz?

- Onları əsasən biz qaşqabaqlı və susqun görürdük. Öz aralarında belə danışanda sakit səslə danışırdılar. Nə qədər gizlətsələr də, bu vəziyyətdən durumlarının yaxşı olmadığını bilmək çətin deyildi. Amma hərdən bizi çölə çıxaranda deyirdilər ki, filan yerdə sizin min nəfərinizi qırmışıq, texnikalarınızı məhv etmişik. Əvvəl bu sözlər pis təsir edirdi. Amma hər türmə dəyişdiriləndə artileriya mərmilərinin partlayış səslərini eşitdikcə, ordumuzun yeni mövqelər ələ keçirdiyini hiss edirdik. Artıq ermənilərin dediklərini o qədər ciddiyə almırdıq. Onlar hansı istiqamətdə sizin əsgərləri məhv etmişik deyirdisə artıq bilirdik ki, o yerləri işğaldan azad etmişik.

- Nə düşünürsüz, yenidən xidmətə qayıdacaqsınız?

- Əlbəttə, bu dəqiqə belə getmək istəyirəm. Amma hər gün xidmət yoldaşlarımla danışıram. Sadəcə həkim icazə vermir. Yaraya tibbi müdaxilə gec olduğu üçün uzun müddət davam edəcəyini bildiriblər. Həkim deyir ki, davamlı müalicə getməsə, ayağım quruya bilər. İnşallah, müalicəm başa çatan kimi, xidmətə dönəcəm.

- Emin, çox sağ olun. Bir daha sizə Allahdan şəfa və tezliklə Vətən keşiyinə qayıtmağınızı arzu edirəm.

- Çox sağ olun, mən də təşəkkür edirəm.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Müharibə   Qarabağ   Əsir  

Əsirlikdən qayıtmış gizirlə MÜSAHİBƏ| “Geri çəkilmək intihar etmək demək idi”

2021/01/1-1611304465.jpg
Oxunub: 5845     12:52     22 Yanvar 2021    