Ermənistanın cəfəngiyyat XİN-i

2021/01/433-1610798378.jpg
Oxunub: 2283     21:08     16 Yanvar 2021    
12 yanvar tarixində Ermənistan Xarici İşlər naziri Ara Ayvazyan BMT Baş katibi Antonio Quterreşə 27 sentyabrda başlayan geniş miqyaslı Ermənistan-Azərbaycan müharibəsi və müharibədən sonrakı vəziyyətlə bağlı öz mövqeyini əks etdirdiyi bir məktub göndərib.

"Hraparak" nəşri yazır ki, Ermənistan Xarici İşlər Nazirliyinin müstəqil bir addım atması və Ermənistan Baş nazirinin inhisarı sayılan "mövzunu" öz öhdəsinə götürməyə cəsarət etməsi məmnuniyyətlə qarşılanmalıdır, baxmayaraq ki, məzmuna görə məktubda yeni bir şey deyilməyib.

"Yeganə "yeni" şey budur ki, məktubda Ermənistan xarici siyasətinin iki əsas qurucusu Baş nazir və Xarici İşlər Naziri öz missiyalarında nəinki həmrəy deyillər, əksinə bir-birinə ziddiyyət təşkil edirlər. 12 yanvar tarixindən məlum olmalı idi ki, nazirin BMT-nin Baş katibinə məktubunun Moskvadakı Əliyev-Putin-Paşinyan görüşünün nəticələrini "işığında" göndərilir, ancaq gəl gör, bu heç də belə deyil, bu da bizim iki siyasi xadimlərimizin bir-birinə zidd olaraq, dərin uyğunsuzluqlar çərçivəsində oynadığını düşünməyə əsas verir.

Xarici işlər naziri qonşu ölkəni amansızcasına tənqid edir, Baş nazir isə komandası ilə birlikdə "nəqliyyat kommunikasiyalarını ləğv etdiyi üçün" ona minnətdardır və baş verənləri "əhəmiyyətli diplomatik qələbə" hesab edir. Nazir məktubda misli görünməmiş qlobal sağlamlıq böhranı şəraitində bölgədə on illərdir davam edən atəşkəsin pozulmasının çoxsaylı insan itkisinə səbəb olduğunu da qeyd edib.

Qardaş, belədirsə, Baş naziriniz 9 noyabr sənədinin hərbi əsirlərin, girovların və həlak olanların cəsədlərinin mübadiləsini nəzərdə tutan tələblərinin yerinə yetirilməsini birbaşa tələb etmədən yeni bir təslim sənədini necə imzalayıb? Axı bu sual BMT baş katibinin başında da sual formalaşdıra bilər․ Buna cavabınız nədir? Nəhayət, BMT-nin baş katibindən nə gözləyirsiniz? Hökumətinizə layiqli danışıqlar aparmaq üçün həm kurs keçməyə, həm də psixoloji məsləhət verməyə gəlməlidir?

Həmçinin, ölkənin xarici siyasətindəki iki əsas aktyorun mövqeləri və baxışlarının ən azından vacib məsələlərdə mümkün qədər ahəngdar olmalı və bir-birinə zidd olmamalıdır, deyə siyasət elminin əsasları barədə kurslar keçməlidir? Ölkəmizdə cəfəngiyat olduğu kimi, bu sahə də belədir", - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Ermənistanın cəfəngiyyat XİN-i

2021/01/433-1610798378.jpg
Oxunub: 2284     21:08     16 Yanvar 2021    