Ordu.az xəbər verir ki, Qarabağda məcburi müddətli xidmət həyata keçirən erməni hərbi qulluqçuların valideynləri və yaxınları Ermənistan hökumətinin binası qarşısında toplaşıblar.
Onlar etiraz edirlər və Ermənistan hökumətindən tələb edirlər ki, onların oğulları xidmətini Ermənistan ərazisində davam etdirsinlər.
“Qoy bizim oğullarımızı Ermənistana qaytarsınlar, burada öz xidmətlərini davam etdirsinlər”, - deyə valideynlər qeyd edirlər.
İtkin düşmüş erməni hərbi qulluqçunun valideyni yanvarın 15-də Xankəndidə Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasının deputatı Andranik Köçəryanla görüş zamanı deyib: “Müharibəni dayandır deməli idiniz, 5-ci gün biz HHM-ə sahib deyildik. Biz valideynik, daha itirəcək heç nəyimiz yoxdur, hər addıma gedəcəyik. Nə qədər “Mənim addımım”çı var, axtarış işi aparmalıdırlar, meyit görməlidirlər, sonra götür-qoy etməlidirlər, görüm sonra necə çörək yeyəcəklər”.
Alpər Mövludoğlu
Ordu.az