Rəsmi İrəvan Azərbaycanla sərhəd nəzarətini Rusiya sərhəd qoşunlarına təhvil verəcək?

2020/12/unnam-1607773252.jpg
Oxunub: 1314     17:12     16 Yanvar 2021    
11 yanvarda Moskvada qəbul edilən üçtərəfli bəyanat iqtisadi məsələlərə və kommunikasiyaların açılmasına aiddir.

“Lragir” nəşri yazır ki, Putin hər şeyin “ədalətli” olmalı olduğunu deməsi İrəvanda sevinclə qarşılanmayıb.

“Rusiya Lavrovun çat vermiş planını qoruyub saxlamağa çalışdığı bir məqamda, qarşıdurmanın qaçılmaz olacağı məqam yaxınlaşır. Əliyevin Ermənistanı “üçtərəfli müqaviləni yenidən nəzərdən keçirməkdən” çəkinməsi barədə xəbərdar etməsi təsadüfi deyil.

Nikol Paşinyan 9 Noyabrda üçtərəfli razılaşma imzalanıb, ancaq Qarabağ münaqişəsinin həlli üçün yeganə mandat ATƏT-in Minsk qrupunun həmsədrliyidir və hətta Rusiya da bunu inkar etmir. Minsk Qrup həmsədrləri səviyyəsində nə Rusiya sülhməramlılarının yerləşdirilməsi, nə də Qarabağın sərhədlərinin dəyişdirilməsi, yaxud Qarabağın “statusu” təsdiqlənməyib.

Rusiyalı politoloq Vadim Dubnov, Putinin “Baydenin andiçmə mərasimindən əvvəl” yekun bir razılaşma imzalamaq istədiyini, başqa sözlə, Moskvanın ABŞ-ın yeni rəhbərliyinin Rusiyadan separatçı razılaşma üçün cavab tələb edə biləcəyindən çəkindiyini bildirib.

Fransanın da rolu böyükdür. Bu ölkə də suallar ünvanlayaraq, məsələnin “Minsk qrupu çərçivəsində siyasi həll” variantını tələb edir.
Moskva və Bakı bunu yaxşı başa düşür, bu səbəbdən də Rusiya FTX-nin nəzarətində olacaq Sünikə dair razılaşmaları həyata keçirməyə tələsirlər. Ermənistanı hər hansı yeni qərarlar verməyə məcbur etmək üçün əsirlər məsələsindən istifadə edirlər. Hələ, erməni hərbçilərin dekabrın 10-da rus sülhməramlılarının iştirakı ilə necə əsir götürüldüyünü aydınlaşdırmaq lazımdır. 17 formatı Makron kimi niyə siyasi həll tələb etmir?

Doğrudur, “Vətənin Qurtuluşu” hərəkatının Baş nazir postuna namizədi olan Vazgen Manukyan “Azərbaycanın xeyrinə pozulan və Süniki təhdid edən ilk bəndin məsələsini qaldırmaq lazım olduğunu” düşünür. Manukyan münaqişənin ATƏT-in Minsk qrupu daxilində həllindən və Qarbağın statusundan bəhs olunmadığını, bunun da böyük məğlubiyyət olduğunu bildirib.

Rusiya mətbuatı təəccüblə yazır ki, 11 yanvar görüşündəki bəyanat və açıqlamalarda Qarabağdan ümumiyyətlə bəhs edilmir və söhbət əsasən Ermənistanla əlaqədardır. Görüşdən sonra Nikol Paşinyan Qarabağın statusu və işğaldan azad olma məsələsinin həll olunmadığını demişdi, bu da başqa bir şey barədə müzakirələr getdiyindən xəbər verir. Nə haqqında müzakirələr olub?

9 noyabrda üçtərəfli razılaşma imzalandıqdan sonra “Qarbağı təhvil verək, yaxşı yaşayaq” tərəfdarlarına baxmayaraq “müharibə” Qarabağdan Ermənistan ərazisinə yerdəyişmə edib. Ermənistan ombudsmanı da daxil olmaqla rəsmilər, Ermənistanın sərhədlərinin və yollarının kifayət qədər qorunmamasından danışırlar ki, azərbaycanlılar yalnız erməni yaşayış məntəqələrinə sərbəst daxil olma imkanına yox, hətta avtomobil yolunun ermənilərin nəzarətində olan hissəsində sürətlə getmədiyi halda belə bunu “təxribat” hesab edə bilərlər.

Sərhəddə Silahlı Qüvvələr və sərhəd qoşunlarının bölmələri yerləşdirilib. Ermənistan hökuməti “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq bildirib ki, bu, delimitasiya və demarkasiya prosesinin yekunu hesab edilə bilməz.

“İndiki məqamda silahlı qüvvələrin və ya sərhəd qoşunlarının dövlət sərhədi boyunca döyüş növbətçiliyini yerinə yetirməsi üçün yerləşdirilməsi müstəsna olaraq müdafiə və təhlükəsizlik xarakterli tədbirdir. Həyata keçirilən tədbirlər Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası prosesi deyil, status məsələləri ilə əlaqəli deyil, son demarkasiya razılaşması və ya mövcud inzibati sərhədlərin mexaniki təsdiqlənməsi kimi yozula bilməz”, - deyə Ermənistan hökümətinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib.

Başqa sözlə, söhbət tərəflərin faktiki nəzarətindən gedir. 11 yanvar görüşündə bu məsələ müzakirə edildi? Ermənistan Azərbaycanla sərhəd nəzarətini Rusiya sərhəd qoşunlarına təhvil verəcəkmi?”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

Rəsmi İrəvan Azərbaycanla sərhəd nəzarətini Rusiya sərhəd qoşunlarına təhvil verəcək?

2020/12/unnam-1607773252.jpg
Oxunub: 1315     17:12     16 Yanvar 2021    