Rus diplomatın Paşinyana uğultulu silləsi

2021/01/32-1610779870.jpg
Oxunub: 1459     16:43     16 Yanvar 2021    
ATƏT-in Minsk Qrupunun Rusiyanı təmsil edən həmsədri İqor Popov ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyanın başına soyuq su tökdü. Popov açıq şəkildə Paşinyan Rusiya tərəfinin təqdim etdiyi təkliflərdə Qarabağın statusu barədə heç bir söz olmadığını iddia edərkən yalan danışdığını bildirib.

“Rusiyanın “7 bölgəni” elə belə geri qaytarmağı, statusu unutmağı və istirahət etməyi təklif etdiyini iddia etmək həqiqəti əks etdirmir”, - deyə rus diplomat qeyd edib.

Popov faktiki olaraq, Paşinyanı danışıqlar prosesini pozmaqda və anti-erməni məsələlərini gündəmə gətirməkdə günahlandırdı. Beləliklə, Qarabağın sonrakı “statusu” və Laçın dəhlizinin genişliyi mövzusunu davam etdirən İqor Popov “nə Ermənistan, nə də Azərbaycan tərəfinin bu təklifləri rədd etmədiyini, ancaq tam bir razılığın əldə edilmədiyini, amma vacib olan danışıqların 2018-ci ilə qədər, İrəvanın yeni yanaşmalar irəli sürdüyü vaxtadək, nizamlı şəkildə aparılmasını” xüsusilə qeyd edib. Başqa sözlə, rusiyalı həmsədrin sözlərinə görə, Paşinyan “danışıqlara sıfırdan başlamaq” qərarına gəldiyi andan etibarən hər şey pozulub.

ATƏT-in Minsk Qrupu həmsədrinin bu açıqlaması, Ermənistan Baş naziri, Rusiya və Azərbaycan prezidentləri ilə birlikdə erməni tərəfi üçün növbəti alçaldıcı bəyanat imzalayan Paşinyanın Moskvaya səfərindən dərhal sonraya təsadüf edib. Aydın məsələdir ki, İqor Popov Paşinyanın “44 günlük müharibənin mənşəyi” adlı məqaləsinin açıq şəkildə yalan qiymətləndirilməsinə çox əvvəl reaksiya göstərə bilərdi. Ancaq Rusiya tərəfi səfərin nəticələrini gözləməyi, sonra növbəti razılaşmaları pozduğuna görə bir cəza olaraq Paşinyanı bu dərəcədə uğultulu şillə vurmağa üstünlük verib.

Bəs Rusiya niyə Paşinyanı cəzalandırmalı idi?

“Xarici İşlər Nazirliyinin yüksək rütbəli mənbələri iddia edir ki, Moskva tərəfi səfərdən əvvəl, rəsmi İrəvanla uzun müddət işləmiş və İlham Əliyev ilə görüş zamanı Paşinyanın əsirlərin və ölən əsgərlərin cəsədlərinin dəyişdirilməsi məsələsinin bir an əvvəl həll edilməsinin vacibliyini tələb etməsini, digər razılaşmalarına ilkin şərt təqdim etməsi tələb edilib. Üstəlik, Paşinyanın təklif etdikləri gündəmdən kənarlaşmayacağına əmin olmaq üçün, rus diplomatlar Paşinyan tərəfindən danışıqlar prioritetlərindən əvvəlcədən bəhs edilməklə bu barədə bir qeyd etməsini təklif etmişdilər, Paşinyanda bu gündəmə uyğun hərəkət etməyə çalışıb. Beləliklə, mənbələrin qeyd etdiyi kimi rəsmi Moskva bu yolla, Türkiyə-Azərbaycan ittifaqının bölgədə bu dərəcədə möhkəmlənmə sürətini dayandırmaq, gələcəkdə buradakı vəziyyəti dəyişdirəcək yeni həllər tapmağa çalışmaq istəyirdi.

Bununla yanaşı, Moskvada İlham Əliyev ilk öncə özü üçün məqbul ola biləcək problemləri həll etməsini, sonra bütün digər mövzularda danışmağı tələb etdiyi anda hər şey uğursuz oldu. Mənbələrin məlumatına görə, Nikol, Əliyevin bu tələbinə qarşı heç səsini də çıxartmayıb. Nəticədə əlimizdə olan Türkiyə-Azərbaycan ittifaqı üçün yeni imkanlar açan növbəti bir rüsvayedici razılaşma imzalandı. Bu razılaşma nə Ermənistana, nə də Rusiyaya heç nə vermir.

Paşinyanın Rusiya üçün etibarlı tərəfdaş olmaması, düşünürəm ki, çoxdan məlum bir faktdır. Ancaq Moskvada Ermənistanın baş naziri vəzifəsini tutan şəxsin öz ölkəsinin həyati maraqlarına bu qədər laqeyd qalacağını təsəvvür belə edə bilməzdilər. Bu, son aylarda baş verən ikinci belə haldır. Birincisi, Paşinyanın 9 oktyabrda müharibəni dayandırma imkanını rədd etməsidir. İndi isə Rusiya tərəfinin artıq Paşinyan kimi birisinin iş tərzinə dözməyəcəyi bir reallıqdır. Düşünürəm ki, ATƏT-in Minsk qrupunun rusiyalı həmsədrinin dünən verdiyi cavab bu baxımdan Paşinyan artıq səhvlərinə görə bağışlanmadığı, bu səhvlərə görə konkret zərbələr aldığından xəbər verir”, - deyə erməni mətbuatında dərc olunan məqalələrin birində deyilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Ermənistan   Böhran  

Rus diplomatın Paşinyana uğultulu silləsi

2021/01/32-1610779870.jpg
Oxunub: 1460     16:43     16 Yanvar 2021    