“Lragir”: Meğrinin özgəninkiləşdirilməsi ilə Moskva düşmənçilik xəttini keçir

2021/01/F45DF-1610794049.jpg
Oxunub: 1786     19:01     16 Yanvar 2021    
Nəqliyyat adı altında Ermənistanın ərazi bölgüsü və Qarabağın Ermənistanın güc sahəsindən çıxması meyllərinin arxasında Rusiya dayanıb.

“Lragir” nəşri yazır ki, Moskva atəşkəsdən sonra da Lavrov proqramını həyata keçirməyə davam edir və Qarabağ bunun yalnız bir hissəsidir.

“2021-ci il yanvarın 11-də Meğrinin özgəninkiləşdirilməsi barədə bəyanatın Ermənistan hökuməti adından imzalanması erməni xalqı üzərində rus-türk təzyiqinin artması deməkdir. “Sülhməramlı” əməliyyat zonasında Bakının Ermənistanın qoşun qruplarını çıxarmaq tələbi eyni meyldə təzahür olunur.

Qeyd edək ki, həm Meğrinin özgəninkiləşdirilməsi, həm də erməni qoşunları məsələsində status-kvonu pozmaq sadəcə 9 noyabr 2020-ci il bəyanatı və Rusiya Prezidenti Putinin şərhləri ilə ziddiyyət təşkil edir. Moskvanın məqsədinin Ermənistan dövlətinin məhv edilməsi və ermənilərin əksəriyyətinin Şərqi Ermənistandan deportasiya edilməsi olduğu ermənilərin beyinlərində pis yerləşir. Halbuki çöküş yaşayan imperiya ilə işimiz var, onun üçün bənzər məqsədlərin təqib edilməsi “məcburi proqram”dır. Tarix imperiyalara başqa bir şəkildə dağımaq imkanı vermir: son qabiliyyətləri daha loyal, xüsusən də minimum müqavimət göstərən sektora yönəltmək. Ermənistanın 9/10-nu məhv edən 1921-ci il Moskva müqaviləsi eyni rus-türk gedişatlarının qeydi idi.

Baş verənlərin bütün ciddiliyini ilk olaraq erməni siyasi sinfi dərk etməli idi. Lakin bədii üfüqlərinə görə “sinif” erməni cəmiyyətinin bütün təbəqələrindən bəlkə də sonuncu ayılacaq. Nə qədər qəddar səslənsə də, bu, yalnız İrəvanın mərkəzində rus-türk silahlı qruplarının kütləvi “vəhşilik”lərindən sonra baş verəcək. Nikol Paşinyanın mühafizə qoşunu artıq erməni mənşəli və ya xüsusiyyətli olan müvafiq şəxsi heyətləri əhatə edir və yalnız kənardan idarə olunur.

Rus-türk işbirliyində, yəni əməkadaşlığında olan hökumət və cip parlamenti ölkədə müqavimət hərəkatının formalaşdırılmasına yol verməməyə çağrılıb. 9 noyabr kapitulyasiyasını alqışlamış, keçmiş prezidentlərlə bağlı olan qruplaşmalar və ümumi 95 faizi təşkil edən media eyni problemi həll edir.

Daşnaksütunun qürurlu qısaltmasını alnında daşıyan yarımçıq təhsilli vasatlıqlar qrupuna bu anti-erməni kampaniyada daha gözəl baxılır. Ermənistan Respublikaçılar Partiyası rejiminin dekorativ qıvrımı olan İctimai Şuranın keçmiş sədri Vazgen Manukyan ayrı, misilsiz və əvəzolunmaz bir rola can atır. Daşnaksütunla Moskvada anti-erməni fəaliyyəti üçün “dobro” almış bu şəxs yaşına və siyasi təcrübəsinə görə həqiqətən xüsusi məsuliyyət daşıyacaq.

Və nəhayət, rus-türk tortunun üstündə bir parça qırmızı albalı. Ermənistan konstitusiyası ilə təxminən 3 il bütün zəruri qollara sahib olmuş və ölkənin tənəzzülünə nəinki mane olmamış, əksinə fasiləsiz şəkildə töhfə vermiş prezident. Bu adamın fəaliyyətinin pik nöqtəsi konstitusion imzalama hüququndan imza ilə imtina etmək epik hərəkəti idi.

Həmin yaşa və siyasi təcrübəyə görə tam məsuliyyət qaçılmazdır. İşğal olunmuş Ermənistanın real vəziyyəti bu cürdür. On illərdir mətbuat iddia edirdi ki, dövlət həyatının və ictimai həyatın kölgəli tərəflərindən fərqli olaraq məhv olma mövzusu olmayan bir qurum var. Təəssüf ki, nəzəri cəhətdən şübhəli olan bu iddia belə müharibə gerçəkliyi ilə qarşılaşmağın ilk günündə çökdü. Bəli, ordu ilk növbədə baş zabit heyətinin keyfiyyətləri ilə Ermənistan üçün məsuliyyəti üzərində götürmək iqtidarında deyil. Atəşkəsdən aylar keçib və iqtidarında olsaydı, fövqəladə vəziyyətdən irəli gələn siyasi rolu üzərinə götürərdi.

Müharibədən daha çox əziyyət çəkmiş orta təbəqə zabit heyəti anti-rus-anti-türk müqaviməti üçün yeganə özünütəşkiletmə dayağı olaraq qalır. Kapitanlar və mayorlar hələ öz sözlərini deyəcəklər”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Rusiya   Meğri  

“Lragir”: Meğrinin özgəninkiləşdirilməsi ilə Moskva düşmənçilik xəttini keçir

2021/01/F45DF-1610794049.jpg
Oxunub: 1787     19:01     16 Yanvar 2021    