Paşinyanın siyasi “tampon” generalı - Onik Qasparyan

2021/01/45-1611041888.jpg
Oxunub: 1230     16:38     21 Yanvar 2021    
Ermənistanda müxalif siyasi sahə, ictimaiyyətin geniş sektoru hər zaman ordunun komandan heyətinin qeydə alınan məğlubiyyətdəki “payını” xatırlamaqdan çəkinir, lakin indi nə baş veridyini tərəddüd etmədən deməyin vaxtı gəlib çatıb.

Ermənistanın “Politik.am” nəşri yazır ki, bu məğlubiyyətdə ordunun komandanlıq heyəti, başda Baş Qərargah rəisi olmaqla, Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi hökumət qədər günahkardır. Baş Qərargahdakı səhvlərə, təbii ki, əsasən Onik Qasparyan cavabdehdir.

“İlk baxışdan Onik Qasparyanın əxlaqi cəhətdən fəzilətli bir hərbi adam olduğu görünür, ancaq bu yalnız ilk baxışdan belə görünür. Müharibənin rüsvayçı şəkildə bitməsindən dərhal sonra onun qanunsuzluqlarla, korrupsiya alqı-satqısı və ordunu zəiflətmə prosesi ilə heç bir əlaqəsinin olmadığı təəssüratı formalaşdırılırdısa, indi hər şey aydındır. O günlərdə Baş Qərargah rəisinə haqq qazandıranlar bildirirdilər ki, o yalnız Paşinyan tərəfində ordunun dağılmaması üçün qalıb, qısa bir müddətdə istefa edəcək və bizi məğlubiyyətə gətirib çıxaran həqiqəti söyləyəcək”, - deyə nəşr qeyd edir.

Nəşrə görə, Qasparyan müdafiəçilərinin əksinə olaraq, əslində Paşinyan qədər günahkar olduğunu və hərbi and içən bir şəxs kimi daha çox günahkar ola biləcəyini sübut edib.

“Qasparyan Paşinyanın siyasi “tampon” rolunu öz üzərinə götürüb və ictimaiyyəti və müxalifəti aldadaraq Paşinyanın güclənməsi üçün vaxt qazanıb. Müharibə bitdikdən dərhal sonra, məğlubiyyəti qəbul etməyən müxalifət liderlərinə və hərbçilərə bütün bunlara görə Paşinyandan cavab tələb edəcəyinə əmin edib və onlardan yalnız bir neçə gün addım atmamaları barədə xahiş edib. Məhz bu, Paşinyana media terroru və hüquq-mühafizə orqanlarının təzyiqi nəticəsində xalqın qəzəb dalğasını qırmaq imkanı verdi.

Fakitiki olaraq Onik Qasparyan hərbi şərəfindən, general rütbəsindən, zabit andının dəyərindən istifadə etdi və yalan danışaraq Nikol Paşinyanın gücünü qorudu. Məhz bu mənada Paşinyanın addımları nəticəsində yaranan kiri öz üzərinə götürərək “tampon” rolunu oynadı.

Lakin Qasparyan xəyal içindədir. Tarixdə heç vaxt “tampon”un birdəfəlik istifadə olunduğu bir hadisə yaşanmayıb. Vaxtı gələcək, layiq olmadığı kimi minlərlə əsgərin qanını öz əlinə alacaq və rüsvayçı ömrünün qalan hissəsini insan səfaləti içində yaşayacaq”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan  

Paşinyanın siyasi “tampon” generalı - Onik Qasparyan

2021/01/45-1611041888.jpg
Oxunub: 1231     16:38     21 Yanvar 2021    