Azərbaycan sülh dövründə Ermənistana gedən bütün yüklərə nəzarət edəcək

2020/12/4b38b-8034139150.jpg
Oxunub: 1258     16:36     16 Yanvar 2021    
Ermənistandan keçən Azərbaycan-Türkiyə dəmir yolunun tikinti dəyəri 434 milyon dollar olaraq qiymətləndirilir. Bunu Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Onun sözlərinə görə, söhbət ilk növbədə Naxçıvanı Azərbaycanla birləşdirməli olan Qars-Naxçıvan-Mehri-Zəngilan-Bakı dəmir yolunun çəkilməsindən gedir.
O qeyd edib ki, Ermənistan Azərbaycanın potensialından istifadə edərək Rusiya ilə iki istiqamətdə Gümrü-Naxçıvan-Mehri-Bakı və İcevan-Qazax-Bakı üzrə nəqliyyat əlaqələri qura bilər.

“Qars-Gümrü dəmir yolu qolunun inşa edilə biləcəyini nəzərə alaraq xarici mənbələr Qars-Gümrü-Naxçıvan-Mehri dəmir yolunun tikintisinin təqribən 434 milyon dollara başa gələcəyini təxmin edirlər”, - deyə Qasımlı bildirib.

Beləliklə, Bakı Qars-Gümrü-Naxçıvan-Mehri-Bakı dəmir yolunun çəkilişinin 434 milyon dollara başa gələcəyi bildirilir.

Rusiyanın “Kommersant” dövri mətbuatı da dəmir yolunun siyasi əhəmiyyətinə, bölgədəki nəqliyyatın blokadadan çıxarılmasına dair üçtərəfli işçi qrupunun gündəliyinə də toxunub.

Rus mənbələri yazırlar ki, işçi qrupunun gündəmindəki prioritet məsələ Sovet dövründə fəaliyyət göstərən dəmir yolunun bərpasıdır.

Yanvarın 11-də Moskvada aparılan danışıqlar nəticəsində Rusiya prezidenti Vladimir Putin, Moskva, İrəvan və Bakı arasında Qarabağın yenidən qurulması və daha da inkişaf etdirilməsi üçün işçi qrupu yaradacağını elan etmişdi. Yaxın gələcəkdə ölkələrin baş nazir müavinləri bölgənin nəqliyyat infrastrukturu və iqtisadi inkişafı üçün konkret proqramlar təqdim edəcəklər. İşçi qrupun ilk iclası 30 yanvar tarixinədək baş tutacaq.

“Kommersant” bu yaxınlarda həmin dəmir yolunun xəritəsini təqdim etmişdi. Ermənistan-İran sərhədini keçərək təkcə Azərbaycanı Naxçıvan və Türkiyə ilə deyil, Ermənistanı da Rusiya ilə birləşdirməsinə imkan yaradır. Yolun çox hissəsi Azərbaycan ərazisindən keçir və kifayət qədər uzundur. Rusiyadakı üçtərəfli görüşün pərdəarxasında, Moskvanın Ermənistanı Rusiya ilə birləşdirən, Azərbaycanın şimal hissəsindən keçən daha qısa nəqliyyat dəhlizini müzakirə etdiyi deyilirdi. Ancaq bu barədə hələ daha ətraflı və aydın bir məlumat yoxdur.

“Kommersant”ın təqdim etdiyi dəmir yoluna gəlincə, rusiyalı mütəxəssislər bunun həm iqtisadiyyat, həm də təhlükəsizlik baxımından Ermənistan üçün çox əlverişli olmadığını qeyd edirlər. İrəvanın həmin dəmir yolundan hansı şəraitdə və nə zaman istifadə edə biləcəyi məlum deyil. Rus mütəxəssislər gələcəkdə Rusiyanın bu dəmir yolu ilə hərbi yük daşıya biləcəyindən yazırlar.

Xüsusilə, “Ria Novosti” ekspert Nurlan Qasımova istinad edərək, yolların açılmasından hər üç ölkənin də faydalanacağını yazır.

“Keçmişdə Rusiya ilə Ermənistan arasında əlaqə hava yolu ilə və ya Gürcüstan ərazisindən, müntəzəm olaraq əlçatmaz olan Yuxarı Lars yolu ilə həyata keçirilirdi. İndi ölkələr quru rabitəsi alırlar. Bu yol AİƏT ticarət ittifaqının üzvü olaraq Ermənistan üçün vacibdir. Belə olan halda Rusiya hərbi bazası üçün yüklərin yalnız təyyarələrlə daşınmasına zərurət qalmayacaq”, - deyə Qasımov fikirlərini izah edib.

Eyni zamanda, Azərbaycanın Rusiyadan hərbi tranziti özünə təhlükə kimi qəbul etmədiyini vurğulayır. Halbuki, yeni hərbi əməliyyatlar olduğu təqdirdə, Azərbaycanın Rusiyaya öz ərazisindən hərbi yük daşınmasına icazə verməyəcəyi aydındır. Sülh dövründə isə Ermənistana gedən bütün yüklərə nəzarət edəcək.

Məlum olduğu kimi, son illərdə Rusiyanı Ermənistanla birləşdirən Gürcüstan dəmir yolu məsələsi fəal şəkildə müzakirə olunurdu, lakin Gürcüstan tərəfi bu məsələnin artıq Tiflisin gündəmində olmadığını bildirmişdi. Rusiyanı Gürcüstan ərazisindən Ermənistana bağlayan dəmir yolu Abxaziyadan keçməlidir, Gürcüstan hakimiyyəti dəmir yolunun açılmasını məqsədəuyğun hesab etmir, amma Moskvada bu mövzu müxtəlif platformalarda mütəmadi olaraq qaldırılır.

“Lenta.ru” yazır ki, 1 martda üçtərəfli işçi qrupu bölgənin bərpa tədbirlərinin həyata keçirilməsinin qrafikini təqdim etməlidir. Hələlik üstünlük dəmir yolu, avtomobil yolu və təhlükəsizliyə verilir. 11 yanvarda Moskvada Əliyev, bu yolla Bakının son 30 ildə ilk dəfə öz anklavı olan Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat əlaqəsi qurma ehtimalının əsas olduğunu açıqlayıb. Bundan əlavə, Azərbaycan Prezidenti vurğulamışdı ki, yeni magistral yol sayəsində Azərbaycan Türkiyə ilə yeni bir əlaqə yolu əldə edəcək, Ermənistan isə İran, Rusiya və eləcə də Türkiyə ilə əlaqə quracaq, beləliklə İrəvan yeni bazarlara çıxış əldə etmiş olacaq.

“Kommersant” yazır ki, nəzəri cəhətdən bu yeni dəmir yolu Ermənistan üçün əlverişlidir, çünki Qarabağ münaqişəsi səbəbi ilə Ermənistan dəmir yolları faktiki olaraq İrəvanı Tiflislə birləşdirən kiçik bir hissə həcminədək geriləyib. İranla iqtisadi əlaqələrin genişləndirilməsi Ermənistan üçün ciddi bir kömək ola bilərdi, lakin ölkələri yalnız bir dağ yolunun birləşdirdiyini nəzərə alsaq bu günə qədər bu istiqamətdə də genişlənmə mümkün deyildi.

“Beləliklə, Moskvada imzalanan sənəd nəzəri cəhətdən hər üç tərəfi qane etməlidir. Azərbaycanın Naxçıvan-Türkiyə, Rusiyanın Türkiyə-Ermənistan, Ermənistanın isə Rusiya-İran yoluna ehtiyacı var. Ancaq de-fakto danışıqlar nəticəsində yalnız İlham Əliyev özünü qalib hiss edirdi”, - deyə “Kommersant” məsələyə münasibətində qeyd edir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Ermənistan   Yük  

Azərbaycan sülh dövründə Ermənistana gedən bütün yüklərə nəzarət edəcək

2020/12/4b38b-8034139150.jpg
Oxunub: 1259     16:36     16 Yanvar 2021    