İraq ordusu Cənubi Koreya istehsalı yeni zirehli maşınlarını nümayiş etdirib

2021/01/3222-1610798278.jpg
Oxunub: 624     17:40     16 Yanvar 2021    
İraq silahlı qüvvələri hərbi paradda ilk dəfə Cənubi Koreya istehsalı “Promoter” DAPC-2 zirehli maşınlarını nümayiş etdirib.

Ordu.az xəbər verir ki, “yaşıl zona”da keçirilən hərbi parad İraq ordusunun yaranmasının 100-cü ildönümünə həsr olunmuşdu.

Paradda quru, hava və dəniz qüvvələrinin birləşmələri, eləcə də tanklar və digər hərbi maşınlar, helikopter və təyyarələr iştirak edib.

Paradda nümayiş olunan Cənubi Koreyanın “Daeji P&I” şirkəti tərəfindən istehsal edilən “Promoter” DAPC-2 zirehli personal daşıyıcıları əsasən Polis, xüsusi təyinatlı qruplar və hüquq-mühafizə orqanları tərəfindən istifadə üçün nəzərdə tutulub.

4x4 təkər formuluna malik DAPC-2 maşınları STANAG 4569-a qədər üstün qoruma ilə təmin edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İraq-ordusu   Cənubi-Koreya  

İraq ordusu Cənubi Koreya istehsalı yeni zirehli maşınlarını nümayiş etdirib

2021/01/3222-1610798278.jpg
Oxunub: 625     17:40     16 Yanvar 2021    