Ermənistan MTX-nin keçmiş işçisi: “Anna Hakobyan bunkerdə idi və bunkerdən əməliyyatlara nəzarət edirdi”

2020/09/image-1599213927.jpg
Oxunub: 844     15:02     16 Yanvar 2021    
“Həm Şuşada, həm Daşaltıda, həm də İsa bulağının altında konkret olaraq bizim hərbi qrupumuz harada peyda olurdusa, rəqibin intensiv atəşi başlayırdı, yanlardan atəş açılmırdı, atəş konkret olaraq bizim hərbi qrupumuz istiqamətində açılırdı”.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərlə görüşü zamanı Ermənistan “Vətən” hərbi qrupunun üzvü, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş işçisi, polkovnik-leytenant Zöhrab Avetisyan deyib.

O bildirib ki, bu, “Vətən” hərbi qrupuna qarşı təşkil edilmiş əməliyyat olub və bunu Ermənistan MTX-nin keçmiş direktoru Argişti Kyaramyan həyata keçirirdi.

Avetisyan qeyd edib ki, Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Hakobyan bunkerdə idi və bunkerdən əməliyyatlara nəzarət edirdi.

“Anna Hakobyan bunkerdən əməliyyatlara nəzarət edirdi, Kyaramyan isə Şuşanın təhvil verilməsi prosesini koordinasiya edirdi. Hədəfə alınmışdı, aydın şəkildə görünürdü ki, Kyaramyan harada peyda olurdusa, yandan rəqibin intensiv atəşi başlayırdı”, - deyə o bildirib.

Onun sözlərinə görə, Argişti Kyaramyan 5-6 il ərzində sıravi məhəllə müstəntiqindən MTX direktoruna çevrilib: “Bu gənc qoy cavab versin ki, Abovyanın OMON-u və ona birləşdirilmiş səfərbərlik ordusu niyə geri çəkilirdi”.

Zöhrab Avetisyan vurğulayıb ki, Argişti Kyaramyana qalxaq deyib, amma o gəlməyib: “Dedim, Kyaramyan, gəl qalxaq, gəlmədi, biz qalxdıq, bizim üzərimizə atəş açmağa başladılar”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   MTX   Anna  

Ermənistan MTX-nin keçmiş işçisi: “Anna Hakobyan bunkerdə idi və bunkerdən əməliyyatlara nəzarət edirdi”

2020/09/image-1599213927.jpg
Oxunub: 845     15:02     16 Yanvar 2021    