Ermənistanın hazırkı Müdafiə nazirinin müavini, keçmiş polis rəisi Arman Sarkisyan bu komissiyanın sədri Andranik Köçəryana xitabən bildirib ki, axtarış formalar var, bu, yerli, dövlətlərarası və beynəlxalq ola bilər.
“Ermənistana köçənlər çoxdur, polisdən məlumatlar götürə bilərsiniz. Güman edirəm qeyd etdiyiniz bir nəfər kimdirsə, o, Rusiya vətəndaşı olmağı bacarmamışdı, bu, onun mümkün təhvil verilməməsinə mane oldu”, - deyə Sarkisyan qeyd edib.
Sarkisyan Qarabağda erməni əsgərin yaralanması məsələsinə bu cür münasibət bildirib: “Hazırda istintaq aparılır. İlkin məlumatlara görə, atəşkəs rejiminin pozulması nəticəsində rəqib atəşindən yara alıb. Tam məlumat veriləcək”.
O bildirib ki, rus sülhməramlıların erməni hərbi qulluqçunun yaralanması barədə bilib-bilmədiklərindən xəbərdar deyil.
Alpər Mövludoğlu
Ordu.az