5/10/15: Lavrovun “xoş məramlı xidmətləri”, İlham Əliyevin şifahi xəbərdarlığı

2021/01/_9592-1610787756.jpg
Oxunub: 1340     13:38     16 Yanvar 2021    
Ermənistanda bir çoxları artıq öz həyatlarını “Facebook” olmadan təsəvvür edə bilmədikləri və orada fikirlərini ifadə etdikləri bir cəmiyyətdə yaşayır. Bəlkə də bunun bəzi üstünlükləri var.

Çatışmazlıq ondan ibarətdir ki, bu və ya digər qızğın müzakirələrin iştirakçıları Ermənistanda, məsələn, 5, 10 və ya 15 il əvvəl baş verənləri xatırlamırlar və ya ümumiyyətlə bilmirlər.

Bu boşluğu doldurmaq istəyən “Mediamax” nəşri 5, 10 və 15 il əvvəl Ermənistanda hər həftə baş vermiş hadisələri təqdim edən 5/10/15 mövzusunu əhatə edən xronikanı təqdim edir.

15 İL ƏVVƏL, 1-17 YANVAR 2006-CI İL

“Xoş məramlı xidmətlər”

Rusiya Federasiyası Xarici İşlər Naziri Sergey Lavrov, 10 yanvar tarixində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunan məqaləsində yazmışdı: “2005-ci ilin Xarici Siyasət Xülasələri, Düşüncələr və Nəticələr”.

“Rusiya kompromis və qarşılıqlı faydalı həll imkanlarına çatmaq üçün xoş məramlı xidmətlər göstərməyə hazırdır. Məhz bu yanaşmanı Abxaziyada, Cənubi Osetiyada, Dağlıq Qarabağda və Dnestryanıda nümayiş etdirmişik”.

Rusiya, Türkiyə və “dəyişikliklər küləyi”
Həmin məqalədə Sergey Lavrov “Türkiyə ilə konstruktiv qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərimiz qlobal siyasətə dəyişikliklər küləyinin təsirinin əyani sübutu oldu”, deyə bəyan etmişdi.

“2005-ci ilin ən əhəmiyyətli hadisəsi”

10 yanvarda Ermənistan Xarici İşlər Naziri Vardan Oskanian, keçən il 16 dekabr tarixində Ermənistanın Fərdi Tərəfdaşlıq Fəaliyyət Planının (IPAP) NATO ilə təsdiqlənməsini “2005-ci ilin ən əhəmiyyətli hadisəsi” olduğunu bildirmişdi.

2005-ci ildə Ermənistan NATO ilə müvafiq addımlar atmışdı

“2005-ci ildə Ermənistan NATO ilə münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırmaq üçün müvafiq addımlar atmışdı. Ermənistan hazırda Müttəfiqlər tərəfindən İstanbul Sammitində tərəfdaşlığın əsas məqsədləri və prioritetləri elan etdiyi bütün əməkdaşlıq sahələrində iştirak edir. Fərdi Tərəfdaşlıq Fəaliyyət Planı müttəfiqləri ilə ortaqlıqda mövcud olan bütün imkanlardan maksimum dərəcədə istifadə etməyə, Ermənistana müdafiə sistemini təkmilləşdirməyə və modernləşdirməyə, effektivliyini artırmağa və silahlı qüvvələr də daxil olmaqla inkişaf etmiş ölkələrin müdafiə sistemləri ilə uyğunluğu təmin etməyə imkan verəcək. Bu həm də NATO ilə gələcəkdə siyasi dialoqun daha da inkişafı üçün vacib bir mexanizm kimi qəbul edilir”, - deyə Ermənistanın Xarici İşlər Naziri bildirmişdi.

Müzakirə mərhələsindən qərar qəbul etmə mərhələsinə qədər

16 yanvarda Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov “2006-cı ildə tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas prinsiplərinə dair müzakirə mərhələsindən qərar qəbul etmə mərhələsinə keçə bilər”, deyə açıqlama vermişdi.

Azərbaycan Xarici İşlər Naziri “Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin azad edilməsi, ərazilərin minalardan təmizlənməsi, deportasiya olunan əhalinin geri qaytarılması, nəqliyyat yollarının bərpası və s. daxil olmaqla 8-10 komponent üzrə danışıqlar aparırıq” deyə öz açıqlamasında bildirmişdi.

“Daha sonra, Qarabağın qeyri-erməni əhalisi qayıtdıqdan və onların təhlükəsizliyi təmin olunduqdan sonra, beynəlxalq hüququn prinsipləri və normaları, Azərbaycanın mövcud Konstitusiyası əsasında Qarabağın statusu ilə bağlı açıq, demokratik və hüquqi qərar mümkün olacaq”, - deyə Məmmədyarov qeyd edib.

10 İL ƏVVƏL. 1-17 YANVAR 2011-Cİ İL

“Dünya Türkiyənin protokolları təsdiqləməsini gözləyir”

14 yanvarda Ermənistan xarici işlər naziri Edvard Nalbandyan “bütün dünya, dünya birliyi Türkiyənin mövqeyini dəyişdirməsini və Ermənistanla imzalanan protokolları nə vaxt təsdiqləyəcəyini gözləyir” deyə bildirmişdi.

Nalbandyan qeyd etmişdi ki, 2009-cu ilin payızında, protokolların imzalanmasından sonra, Türkiyə münasibətlərin normallaşması prosesinin başladığı 2008-ci ilin sentyabrına qədər davam etdirdiyi ilkin şərtlər siyasətinə geri qayıtdı.

Ermənistan Xarici İşlər naziri Azərbaycanı öz mövqeyini müəyyən etməyə çağırmışdı.

Həmin gün Edvard Nalbandyan Azərbaycanın vasitəçilər tərəfindən danışıqlar üçün əsas olaraq təqdim olunan Qarabağ münaqişəsi həllinin 3 prinsipini və 6 müddəasını qəbul edib-etməyəcəyinə qərar verməli olduğunu bildirmişdi.

Nalbandyan Ermənistan və ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin (Rusiya, ABŞ və Fransa) tərəflərə təqdim etdiyi prinsip və müddəaların tam olduğu, bu və ya digər müddəanın üstünlüyünün qəbuledilməz olduğu qənaətində olduğunu vurğulamışdı.

Edvard Nalbandyan vasitəçilərin təqdim etdiyi 6 qəbuledilməz müddəanı sadalamışdı:

1. Dağlıq Qarabağın (DQ) son statusu, nəticələri beynəlxalq hüquqi qüvvəyə malik olacaq Dağlıq Qarabağ xalqının iradəsini ifadə etməklə müəyyənləşdirilməlidir;

2. Yekun status müəyyənləşənə qədər Dağlıq Qarabağ beynəlxalq ictimaiyyət tərəfindən tanınmış keçid statusa sahib olacaq;

3. Ermənistanla Dağlıq Qarabağ arasında quru əlaqəsi təmin edilməlidir;

4. Beynəlxalq təhlükəsizlik zəmanətləri verildikdən sonra bütün qaçqınların və köçkünlərin geri qayıtması;

5. Beynəlxalq sülhməramlıların iştirakı da daxil olmaqla beynəlxalq təhlükəsizlik zəmanətlərinin təmin edilməsi;

6. Ərazilərin qaytarılması.

Edvard Nalbandyan qeyd etmişdi ki, son müddəada konkret ərazilər göstərilmir.

5 İL ƏVVƏL. 1-17 YANVAR 2016-CI İL

Ermənistan sülh istəmir

Yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev dekabrda Ermənistan prezidenti Serj Sarkisyanla görüşünün “formal xarakter daşıdığını” bildirmişdi.

İlham Əliyev danışıqlar zamanı irəliləyişin olmamasının səbəbinin Ermənistanın sülh istəməməsi, status-kvonu mümkün qədər qoruyub saxlamağa çalışması və işğal olunmuş ərazilərdən çıxmaq niyyətində olmaması olduğunu bildirmişdi.

“Ermənistan vaxt uzadır, danışıqları sonsuz bir prosesə çevirmək istəyir. Biz isə münaqişəni həll etmək istəyirik. ATƏT-in Minsk Qrupu həmsədrləri də dəfələrlə münaqişənin həllinə nail olmaq istədiklərini bildirmişlər. Təbii ki, vasitəçilərin missiyası budur. İşğalçıya qarşı lazımi təzyiq göstərilməməsi təəssüf doğurur”, - deyə Azərbaycan prezidenti bəyan etmişdi.

“2015-ci ildə Azərbaycan təmas xəttində iradəsini diktə edərək üstünlüyə nail oldu və bundan sonra hərbi potensialını gücləndirəcək”, - deyə İlham Əliyev bildirmişdi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

5/10/15: Lavrovun “xoş məramlı xidmətləri”, İlham Əliyevin şifahi xəbərdarlığı

2021/01/_9592-1610787756.jpg
Oxunub: 1341     13:38     16 Yanvar 2021    