Ermənistanın məğlubiyyətinin simvolu

2020/05/31-1589446945.jpg
Oxunub: 1299     19:18     18 Yanvar 2021    
Nikol Paşinyanın baş nazirliyi nəticəsində Ermənistanın xarici siyasətinin yeganə gündəmi əsirləri geri almaq məsələsidir.

Erməni mətbuat yazır ki, o, hətta bu məsələni də həll etməyi bacarmır və bacarmayacaq. Heç kim məğlub olan insana hörmət etmir. Onu heç nə hesab edirlər.

“9 noyabrdan sonra Ermənistan boyun əyri, yazıq və çarəsiz qaldı. Dünya heyrət, türklər və azərbaycanlılar isə xoş təəccüb içərisindədirlər. Təəccüb və heyrət Paşinyanın hələ də Baş nazir qalması ilə bağlıdır. Kim təslim ktından sonra Nikolun hələ də 2 aydı Baş nazir qalacağını düşünə bilərdi?

11 yanvarda məğlubiyyətin simvolu olan Nikolun Əliyevin yanında oturması ilə Ermənistan növbəti alçalmaya məruz qaldı. Nikola sərxoş kloun deyən və “Nə oldu, Paşinyan?” deyə onun bu halına xeyli gülən Əliyevin yanında oturdu.

Nikol, baş nazir olandan bu yana bircə dəfə də olsun turş söz demədiyi Əliyevin yanında oturmuşdu. Əksinə, yalnız tərifləmiş, sürünmüş və yaltaqlanıb. Budur indi Nikolun sevimlisi Əliyev əsirləri qaytarmır, amma istədiyi hər şeyi, istisnasız olaraq, türklərin və azərbaycanlıların ehtiyac duyduğu Meğridən keçən yolu Nikoldan alır.

Moskvaya yola düşməzdən əvvəl Nikol, Meğrini əsirlərə dəyişmək üzrə alver təklif edirdi. Meğrini verdi, lakin əsirləri ala bilmədi, çünki ən böyük əsir olan özü Əliyevin əlindədir, Ermənistanı baş nazir olaraq tamamilə əsirlikdə saxlayır. Nikoldan nə istəsələr onu verəcək. O, verən, təslim edən baş nazirdir.

Kommunikasiya məsələsinə gəlincə, bu, iqtisadi genişlənmə vasitəsi olan Ermənistanı Türkiyəyə təhvil vermək üçün “məxməri” proqramdır. Ermənistandakı heç bir “poğos” bu açıq kommunikasiya ünsiyyətindən faydalana bilməyəcək. Türk cariyələri (məşuqələri) olacaqlar, Ermənistan parlamentində isə Türk hakim fraksiyası meydana çıxacaq.

Bir sözlə, Nikol Baş nazir olduğu müddətdə Ermənistan yalnız uduzacaq. Çünki Ermənistanın məğlubiyyəti “Ermənistan yoxdur, xəyanət üçün məsuliyyət yoxdur” mövzusu ilə Nikolun şəxsi həyatını xilas etməyin yeganə yoludur.

Ancaq vacib olan bu deyil, önəmli olan Nikolun hamınızı sevməsi, hamınızın qarşısında baş əyməsi, hamınızla qürur duyması, ancaq hamınızı əsirlikdə saxlamasıdır”, - deyə erməni mətbuatında dərc olunan məqalələrin birində deyilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Məğlubiyyət  

Ermənistanın məğlubiyyətinin simvolu

2020/05/31-1589446945.jpg
Oxunub: 1300     19:18     18 Yanvar 2021    