Bir bütə sahib olmağın Ermənistan üçün nə təhlükəsi var?

2021/01/24940-1610793259.jpg
Oxunub: 811     21:58     18 Yanvar 2021    
“Hətta, hər şey çox, çox yaxşı olacaq, deyə bir cümlə yazılmış bir hökumət proqramı gətirsəydiniz, sizə etibar edib səs verərdim”.

Belə bir açıqlama ilə Ermənistanın “inqilabçı” deputatlardan biri 2019-cu ilin fevralında çıxış etmişdi. Başqa sözlə, erməni deputat liderinə o qədər güvənirdi ki, gələcək hökumətin hansı proqramları təqdim edib həyata keçirəcəyi onun üçün heç bir əhəmiyyət daşımırdı.

“Aravot” nəşri yazır ki, bu, yalnız həmin anın və həmin deputatın problemi deyil.

“Bu düşüncə 30 ildir ictimai həyatımızda hökm sürür və yüz minlərlə insan belə düşünür. Bir büt, bir super qəhrəman yaradırlar və ya bu cür xüsusiyyətlərə sahib bir insan görmədikləri təqdirdə onun gəlişini gözləyirlər. Hər iki halda da, super qəhrəmanın nə etdiyi, nə etməsi və nə edəcəyi vacib deyil, sevildiyi, pərəstiş edildiyi və ona etibar edildiyi vacibdir.

İndi cəmiyyətdə vəziyyət tam buna bənzər şəkildə eynidir. Bəziləri Nikola pərəstiş etməyə davam edir (rüsvayedici uğursuzluqlarına baxmayaraq, sevgi, bildiyiniz kimi kordur), bəziləri Nikolu rədd edir, bəziləri isə “Nikol olmasa, bəs onda kim olacaq?” deyə sual edir. Bu hissələrin nisbəti heç bir əhəmiyyət daşımır, vacib olan hər üç modelin şəxsi münasibətə söykənməsidir, bu yanaşmalarla isə dövlət qurumları yaradılmır və işləmir. Vətəndaşların əksəriyyəti müstəsna ədəb və istedadı sayəsində xoşbəxt və firavan həyatlarını təmin edəcək bir sehrbaz görmək istəyirlər.

Bu yanaşmanı təhlükəli edən nədir? Bir büt yaratdığım zaman müstəqil düşünməyi və həyat fenomenlərini qiymətləndirməyə son verirəm, bu məsuliyyəti çiyinlərimdən atıram. Etibar etdiyim bir lider varsa, bu və ya digər fenomen və ya hadisə ilə bağlı öz fikirlərini formalaşdırmağa nə ehtiyac var? Həmin lider sənə nə düşünəcəyini və ya nə edəcəyini söyləyəcək. Mənim kumirimin dediyi kimi edəcəyəm, çünki həmişə haqlıdır. Belə bir büt yoxdursa, düşünə biləcəyim tək şey bu super qəhrəmanı axtarmaqdır. Əlbəttə, həqiqi bir dövlətin həqiqi vətəndaşı olmaq, əksər ermənilərin qaçmağa çalışdıqları ağır bir yükdür.

Məsələn, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın mövcud vəziyyət barədə danışmasını gözləyirəm. Baş verənlərlə (burada hər şey mənim üçün olduqca aydındır) bağlı deyil, nələrin edilməsi lazım olduğuna dair fikirləri ilə maraqlanıram. Ter-Petrosyanın Qarabağ məsələsinə yanaşmalarının, mənim fikrimcə, doğru çıxdığını nəzərə alaraq, gələcək üçün də düzgün yolu göstərə bilər. Ancaq onsuz da “Levonun şahidi” olmayacağam. Başqa sözlə, keçmişdə həmişə doğru bir şey etdiyini düşünməyəcəyəm və bundan sonra dediklərini və etdiklərini “ərinmiş yağ” kimi qəbul etməyəcəyəm. Öz beynimi heç kimə verməyə hazırlaşmıram.

İndi arenada Levon, Robert və Nikolun “şahidləri” var və bu həqiqət, düzünu desək, heç bir nikbinlik yaratmır”, - deyə nəşrdə dərc olunan məqalədə qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Müharibə  

Bir bütə sahib olmağın Ermənistan üçün nə təhlükəsi var?

2021/01/24940-1610793259.jpg
Oxunub: 812     21:58     18 Yanvar 2021    