Kommunikasiyaların açılması bəndi də daxil olmaqla Moskva sənədi ilə təsbit edilmiş öhdəliklərin həyata keçiriləcəyi gözlənilir.
Ermənistanın keçmiş Baş naziri Hrant Baqratyan qeyd edib ki, İran yüklərinin Ermənistana avtomobil yolu ilə deyil, dəmir yolu ilə çatacağı və İran mallarının Ermənistan bazarında ucuzlaşacağı mənasında Ermənistanın müəyyən mənfəəti olacaq.
"Qorxuram ki, dəmir yolu açılsın, heç kim heç kim bu yolun İrana doğru inşa edilməsini istəməsin", - deyə o bildirib.
Baqratyan əlavə edib ki, ruslar "Meğri dəhlizi" anlayışını siliblər.
Alpər Mövludoğlu
Ordu.az