"Monitorinq Mərkəzi təmas xəttindən 8 km məsafədə olacaq" - Çavuşoğlu

2020/06/1592680189.jpg
Oxunub: 1070     17:56     15 Yanvar 2021    
“Bundan sonra da atəşkəslə bağlı məsələləri Azərbaycanla birgə dəyərləndirəcəyik”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Pakistandan qayıdan zaman jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, Ağdamda təmas xəttinə 8 kilometrlik məsafədə atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin yeri müəyyənləşib.

“60 türk, 60 rus hərbçi Dağlıq Qarabağda atəşkəsə nəzarət edəcək. Türk hərbçiləri artıq Azərbaycana yola düşməyə başlayıb”, - deyə M. Çavuşoğlu qeyd edib.

XİN başçısı vurğulayıb ki, bu məsələ ilə əlaqədar ehtiyac yaranarsa, Azərbaycanla iki tərəfli danışıqlar aparılacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Mərkəz  

"Monitorinq Mərkəzi təmas xəttindən 8 km məsafədə olacaq" - Çavuşoğlu

2020/06/1592680189.jpg
Oxunub: 1071     17:56     15 Yanvar 2021    