Rusiya XİN: 11 yanvar bəyanatının yerinə yetirilməsi Cənubi Qafqazın xeyrinə olacaq

2021/01/1-1610702992.jpg
Oxunub: 520     13:30     15 Yanvar 2021    
"Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 11 yanvar tarixli birgə bəyanatı ilə bağlı konkret məsələlərin həlli üçün ekspert qrupları yaradılacaq".

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib.

Rusiya rəsmisi 11 yanvar Moskva görüşündə iqtisadi əlaqələrinin qurulmasına, yolların açılmasına, infrastrukturun təkmilləşdirilməsinə xüsusi diqqət yetirildiyini xatırladıb.

“Bununla bağlı ayrıca bəyanat qəbul edildi. Bildiyiniz kimi, görüşün yekunlarına görə Rusiya, Azərbaycan, Ermənistan baş nazir müavinlərinin həmsədrliyilə üçtərəfli işçi qrupu yaradılıb. Bu qrup cari ayın sonunadək yığıncaq keçirməli, martın 1-dək isə beynəlxalq daşımaları yoluna qoymaq üçün nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və yenilərinin tikilməsini nəzərdə tutan tədbirlər planı və cədvəlini təqdim etməlidir. Şübhəsiz ki, bütün bu məsələlərin həyata keçirlməsi həm Ermənistan, həm Azərbaycan tərəfinin, bütövlükdə Cənubi Qafqaz regionunun xeyrinə olacaq, yəni bütün dövlətlərin mənafeləri nəzərə alınacaq”, – XİN nümayəndəsi qeyd edib.

Zaxarova bildirib ki, Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında birbaşa dialoqun qurulmasını, eləcə də iki ölkənin birgə humanitar tədbirlərinin keçirilməsini hər şəkildə alqışlayırlar.

“Düşünürük ki, bu cür təşəbbüslər barışıq, qarşılıqlı anlaşma, etimad mühitinin formalaşmasına kömək edir. Bunlar həm Azərbaycan, həm də erməni xalqının və prinsipcə bütün Cənubi Qafqaz regionunun, deməli həm də Rusiya Federasiyasının xeyrinə olardı. Bakı və İrəvan bu istiqamətdə hərəkət etmək üçün səmimi meyl nümayiş etdirirlərsə, Rusiya tərəfi bu cür humanitar aksiyaları dəstəkləmək niyyətindədir”, - deyə o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   11-Yanvar  

Rusiya XİN: 11 yanvar bəyanatının yerinə yetirilməsi Cənubi Qafqazın xeyrinə olacaq

2021/01/1-1610702992.jpg
Oxunub: 521     13:30     15 Yanvar 2021    