“Ermənistan razılaşmaya əməl etməli, sərgüzəştlərdən çəkinməlidir” - Çavuşoğlu

2020/06/1592680189.jpg
Oxunub: 993     14:09     14 Yanvar 2021    
Türkiyə Azərbaycanın istəyi ilə Dağlıq Qarabağda atəşkəsin monitorinqində və işğaldan azad edilmiş torpaqların bərpasında iştirak edəcək.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu yerli mediaya müsahibəsində deyib.

O, Ermənistanın 30 il ərzində beynəlxalq hüquqa məhəl qoymadan Azərbaycan ərazilərini işğlada saxladığını əlavə edib.

Çavuşoğlu bildirib ki, Ermənistanın təcavüzünə, hücumlarına baxmayaraq, Azərbaycan özünü qətiyyətlə müdafiə edərək, işğal olunmuş əraziləri üzərində nəzarətini bərpa etdi, münaqişə 44 gündən sonra, 10 noyabr 2020-ci il tarixli ortaq bəyannamənin imzalanması ilə sona çatdı. Bu bəyanatda ilk növbədə Dağlıq Qarabağın Azərbaycana aid olduğu təkrarlanır, sənəd ATƏT-in Minsk qrupunun fikir və təkliflərini əhatə edir.

XİN rəhbərinin fikrincə, Minsk qrupu yenə də bu prosesdə öz rolunu oynaya bilər, lakin həmsədrlər daha konstruktiv olmalı, keçmiş fəaliyyətindən dərs çıxarmalıdır.

Bundan əlavlə, Çavuşoğlu bölgədə davamlı sülh üçün gerçək bir fürsətin yarandığını söyləyib:

"Azərbaycanın dəvətinə cavab olaraq atəşkəs və yenidənqurma işlərində çalışmağa davam edəcəyik. Atəşkəsə riayət etmək üçün Rusiya ilə ortaq mərkəz yaratdıq. Atəşkəs çox vacibdir və qorunmalıdır. Bundan sonra erməni tərəfi atəşkəsə və ortaq bəyannamədə razılaşdırılmış şərtlərə riayət etməli, yeni sərgüzəştlərdən çəkinməli və Azərbaycanın bütün ərazilərində suverenliyini tanıyan qalıcı siyasi həllə gedən prosesi dəstəkləməldir. Razılaşmanın yerinə yetirilməsi davam edərsə və Azərbaycan-Ermənistan dialoqu inkişaf edərsə, bu, şübhəsiz ki, Ankara ilə İrəvan arasındakı münasibətlərə də öz təsirini göstərəcək.

Bölgədəki sabitlik erməni xalqının və Ermənistanın da maraqlarına cavab verir. Bizim baxışımız regionda əməkdaşlığın, rifahın olmasıdır. Buna görə də Azərbaycanın altı ölkənin regional format yaratmaq təşəbbüsünü dəstəkləyirik. Bu, sülh və rifaha xidmət edir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Türkiyə  

“Ermənistan razılaşmaya əməl etməli, sərgüzəştlərdən çəkinməlidir” - Çavuşoğlu

2020/06/1592680189.jpg
Oxunub: 994     14:09     14 Yanvar 2021    