Müdafiə Nazirliyi bu gün Ermənistan KİV-lərində yayılmış Azərbaycan Silahlı Qüvvələrinin guya atəşkəsi pozması və nəticədə işğalçı kontingentin hərbi qulluqçusunun yaralanması barədə məlumatı qəti şəkildə rədd edir.
Bu barədə
Ordu.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.
“Azərbaycan Ordusu 10 noyabr 2020-ci il tarixində Qarabağda atəşkəsə dair üçtərəfli bəyanata ciddi şəkildə əməl edir. Azərbaycan Ordusu tərəfindən atəşkəs pozuntusu qeydə alınmayıb", - deyə Vaqif Dərgahlı bildirib.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Müdafiə-Nazirliyi