Ermənistan BQ rəisinin Paşinyan, yoxsa ordu arasında növbəti imtahanı

2021/01/64464-1610523338.jpg
Oxunub: 680     16:00     13 Yanvar 2021    
Ermənistan müxəlifətinin “Vətənin Qurtuluş Hərəkatı”nın Baş nazirliyə namizədi Vazgen Manukyan Ermənistanın Xarici İşlər naziri, Milli Təhlükəsizlik Xidmətinin direktoru və Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə müraciət edərək Paşinyanın Moskvaya səfəri öncəsi səfər və imzalancaq sənədlə bağlı məlumat əldə edilməsi üçün görüş tələb etmişdi.

“Geniş siyasi və ictimai dairələrdə 11 yanvar tarixində keçirilməsi planlaşdırılan Nikol Paşinyan-İlham Əliyev görüşü ilə əlaqədar bir çox narahatlıq və həyəcan var. Vəziyyət partlayış həddindədir, gözlənilməz proseslərlə doludur. Siz vəzifənizdən irəli gələrək qəbul olunan və olunacaq bütün qərarlar üçün məsuliyyət daşıyırsınız, gerçəyi ictimaiyyətə təqdim etmək məcburiyyətindəsiniz. Lazım gələrsə, dövlətin və xalqın mənafeyini qoruyaraq, dövlət əleyhinə qərarların qəbul edilməsinə mane olmalısınız”, - deyə hərəkat bildirirdi.

“Hraparak.am” nəşrinin məlumatına görə, səfərdən öncə Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanı və Müdafiə nazirini qəbuluna dəvət edib. Onların xidməti avtomobillərini Proşyan küçəsindəki hökumət evinin yanında görüblər.

“168.am” nəşri yazır ki, Onik Qasparyan bir daha imtahanla üz-üzə qalır.

“Bu imtahandan keçəcəkmi, yaxud kim tərəfindən “əla” qiymətləndiriləcək,bu imtahanı kimin lehinə Paşinyanın, yoxsa dövlət və formalaşmasında ciddi əməyi olan ordu naminə verəcək, kimə imtahan verəcək? General Nikol Paşinyanı Moskvaya təhlükəli səfərdən çəkindirməyə çalışacaqmı, ölkənin təhlükəsizliyinə ziyan vurduğu sövdələşmələri “əsaslandırmaqdan” imtina edəcəkmi?

Axı, Nikol Paşinyanın ordunu daxili siyasi proseslərə cəlb etmək təkliflərini dəfələrlə rədd edib

“Vətənin Qurtuluş Hərəkatı”nın nümayəndələri ilə görüşə və aydınlıq gətirilməsinə gəldikdə, əslində Ermənistan Respublikası Silahlı Qüvvələrinin siyasi məsələlərdə bitərəfliyini qorumalı olduğu və mülki nəzarət altında olmasına dair konstitusiya pozuntusu yoxdur.

İkincisi, artıq 10 Noyabrda Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Gasparyan “Çiçəklənən Ermənistan”, “Vətən”, “Erməni İnqilab Federasiyası”nın liderləri Qaqik Tsarukyan, Artur Vanetsyan və İşxan Sağatelyan ilə görüşərək ölkədəki vəziyyəti müzakirə edib

Üçüncüsü, Paşinyanın ürəyincə hərəkət etmək, əslində siyasi bitərəfliyin hər hansı bir şəkildə pozulmasıdır.

Nəhayət, Konstitusiyanın 14-cü maddəsinə əsasən, Ermənistan Respublikasının Silahlı Qüvvələri Ermənistan Respublikasının müdafiəsini, təhlükəsizliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təmin edir.

Xatırladaq ki, müharibə dövründə Paşinyan Baş Qərargah rəisinin hərbi-siyasi vəziyyətin təhlilinə, müharibənin 4-cü günü erməni tərəfinin resursları qiymətləndirilməsi, müharibəni iki-üç gün ərzində dayandırmaq üçün zəruri tədbirlər görmə zəruriliyinə, əks təqdirdə mövcud intensivliklə hərbi əməliyyatlar davam etdiyi halda erməni tərəinin resurslarının tükənəcəyi, önümüzdəki bir neçə gündə danışıqlar prosesi üçün daha əlverişsiz şərtlərimiz olacağına dair xəbərdarlığına məhəl qoymayıb. Buna görə də hazırda əlimizdə olan şeylərə sahibik. Bu səbəbdən Silahlı Qüvvələrin hərbi idarəetmə funksiyalarının həyata keçirilməsi üzrə cavabdeh mərkəzi orqan olaraq Baş Qərargahın işi çətinləşib.

Başqa sözlə, bu səbəbdən Paşinyanla görüşməməli, onun dediklərinə dəstək olmamalıdır. Çünki öz hərəkətləri ilə Paşinyan Ali Baş Komandan, dövlət başçısı yox, elə məhz jurnalist, məqalə müəllifi olmaqda qalır. Siz isə Baş Qərargahın rəhbəri, general Onik Qasparyan olmağı dayandırmamalısınız”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

Ermənistan BQ rəisinin Paşinyan, yoxsa ordu arasında növbəti imtahanı

2021/01/64464-1610523338.jpg
Oxunub: 681     16:00     13 Yanvar 2021    