İran HDQ tarixində ən böyük döyüş gəmisini nümayiş etdirib

2021/01/16104-1610513333.jpg
Oxunub: 675     10:20     13 Yanvar 2021    
İran Hərbi Dəniz Qüvvələri iki yeni döyüş gəmisini nümayiş etdirib.

Ordu.az xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Təqdim olunan gəmilərdən biri “Makran” helikopter daşıyıcısıdır. Bu, İran donanması tarixində ən böyük döyüş gəmisi hesb olunur.

Qeyd edilib ki, “Makran” Hərbi Dəniz Qüvvələrinin uzaq dəniz hövzəsində, ilk növbədə Hind okeanının şimalında, Bab əl-Mandeb boğazı və Qırmızı dənizdəki əməliyyatları dəstəkləmək məqsədilə hazırlanmış müasir üzən bazadır. Bu baza 6 helikopter, sürət gəmisi və dəniz xüsusi təyinatlı qüvvələrini daşıya bilir.

İkinci gəmi “Zerekh” raket korvetidir.

Hər iki gəmi çərşənbə günü rəsmi olaraq xidmətə qəbul ediləcək, İran donanmasının Umman Körfəzindəki iki günlük “Ektedar” şərti ad altında keçiriləcək raket təlimində iştirak edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İran   Donanma  

İran HDQ tarixində ən böyük döyüş gəmisini nümayiş etdirib

2021/01/16104-1610513333.jpg
Oxunub: 676     10:20     13 Yanvar 2021    