Nikol Paşinyanın Moskvadakı uğursuzluğu

2021/01/Nikol-1610445583.jpg
Oxunub: 2539     14:39     12 Yanvar 2021    
Moskvada təxminən dörd saat davam edən danışıqlar Azərbaycan tərəfi üçün əlverişli, Ermənistan tərəfi üçün əlverişsiz nəticələrlə başa çatdı.

Danışıqların sonunda keçirilən qısa mətbuat konfransında Prezident İlham Əliyev görüşdən yalnız müsbət mənada danışdı, üçtərəfli bəyanatdan məmnun olduğunu bildirdi. Ermənistan Baş naziri Nikol Paşinyan isə erməni tərəfi üçün ən ağrılı olan məhbusların geri qaytarılması məsələsinin həll olunmadığını bildirdi.

Paşinyan da öz növbəsində bölgədəki iqtisadi vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdirəcəyini söyləyərək imzalanan bəyanatdan məmnun olduğunu bildirdi.

Buna baxmayaraq, Paşinyan əsirlərin geri qaytarılması məsələsinin həll edilmədiyini açıq şəkildə bildirdi. Belə çıxır ki, Ermənistan baş naziri Prezident İlham Əliyevi qətiyyətli şəkildə qane edən bəyanatın altına öz sözləri ilə desək, erməni tərəfi üçün ən ağrılı məsələni həll etmədən imza atıb.

Sual yaranır, belə olan halda nə üçün Paşinyan Ermənistan üçün həyati əhəmiyyət kəsb edən əsirlərin geri qaytarılması məsələsini həll etmədən Azərbaycanın tələblərini təmin edən növbəti bir addım atdı?

Bu sualın yeganə məntiqi cavabı budur ki, Paşinyan bu bəyanatı imzalamaqdan imtina edə bilmədiyi üçün imzalayıb. Bu təzyiqin Putinin, yoxsa İlham Əliyevin təsiri altında mümkün olduğu əhəmiyyət kəsb etsə də, indiki məqamda ikinci dərəcəli bir məsələdir.

Beləliklə, Nikol Paşinyan Moskvadan İrəvana əliboş qayıdacaq, çünki Ermənistanda Moskvaya səfərindən əsas gözləntilər əsirlərin geri qaytarılması məsələsinin həlli idi.

Prezident İlham Əliyev, faktiki olaraq, erməni əsirlərin qaytarılmasına razı olmayıb, ancaq mətbuat konfransı zamanı bu dərəcədə razı qaldığı ifadəsi altında Ermənistanın Baş nazirinin imzasını əldə etməyə müvəffəq olub.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Paşinyan  

Nikol Paşinyanın Moskvadakı uğursuzluğu

2021/01/Nikol-1610445583.jpg
Oxunub: 2540     14:39     12 Yanvar 2021    