ABŞ Hərbi Hava Qüvvələrinin bombardmançılarının hansı çatışmazlıqları var?

2019/10/u-s-d-1572257831.jpg
Oxunub: 1058     21:40     12 Yanvar 2021    
“Forbes” jurnalında ABŞ Hərbi Hava Qüvvələrinin arsenlında olan bombardmançıların qarşılaşdığı problemlər barədə yazı dərc olunub.

Ordu.az xəbər verir ki, müəllif ABŞ-ın bombardmançı təyyarələrinin köhnəldiyini qeyd edib.

Bombardmançılar təhlükəsizlikdə və nüvə çəkindirməsində əhəmiyyətli rol oynayır. Bu təyyarələrin çoxu nüvə silahı daşıyır. Ancaq on ildən sonra onların aşınması onlara vəzifələrini yerinə yetirməyə imkan verməyəcək.

2032-ci ilə qədər B-2-lər, 2036-cı ilə qədər B-1-lərin tamamilə dəyişdirilməsi nəzərdə tutulur. Onları B-52 “Stratofortress” və B-21 “Raider” bombardmançıları əvəz edəcək, lakin modernləşmə planlarında bir çox problem var.

Birincisi, şirkətlər arasında tender elan ediləcək. Təyyarələrin modernləşdirmə müqaviləsi “Northrop” şirkəti tərəfindən icra olunur, lakin bu şirkətin layihələrində çatışmazlıqlar aşkar edilib.

İkincisi, B-52-nin modernləşdirilməsi sona çatdıqda təyyarələr tamamilə köhnələcək, Rusiya və Çin ordusunun arsenalında olan həmkarlarından daha zəif olacaq.

Bundan əlavə, B-52-lərin modernləşdirilməsi yüksək xərclər tələb edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHQ  


Bizi "telegram"da izləyin