Ordu.az xəbər verir ki, bunu erməni siyasi ekspert Narek Mantaşyan özünün “Facebook” səhifəsində yazıb.
“Onların əsas missiyası müharibə vasitəsilə Qarabağı tamamilə təhvil vermək və bunun bütün məsuliyyətini Rusiyanın, qarabağlıların və hərbçilərin üzərinə atmaq idi. Rusiya bu proqramın tam və son həyata keçirilməsinə mane oldu.
Bütün bunların əsas məqsədi hansısa uyğun anda gərginliyi dərinləşdirmək və toqquşmaları təhrik etməkdir. Nəticədə, plana əsasən, Qarabağ tamamilə Azərbaycanın təsiri altına keçəcək
5-10 il ərzində Ermənistan bu proqram çərçivəsində türk vilayətinə çevrilməlidir. Hazırda Nikolu dəstəkləyən bütün qüvvələr və şəxslər bu sui-qəsd ssenarisinin həyata keçirilməsində iştirakçıdırlar”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az