Ordu.az xəbər verir ki, onu əvəz edəcək B-21 bombardmançılarının istehsalı tam başa çatanadək B-1-lər istismarda qalacaq.
Qeyd edək ki, ABŞ mediası B-1-lərin 2021-ci ildə istismardan çıxarılacağını bildirmişdi.
B-1 bombardmançısı ilk dəfə 1980-ci illərdə havaya qalxıb və bu gün təyyarənin dəyişdirilməsinə ehtiyac var, lakin bu, B-21 “Raider” bombardmançıları hazır oluncaya qədər baş verməyəcək.
Eyni zamanda, B-1-lərin hələ də tam istismardan çıxarılması təxirə salına bilir, lakin bunun üçün ABŞ Hava Qüvvələri tərəfindən müəyyən tədbirlər lazımdır.
Sevinc Əliyeva
Ordu.az