Qədim zamanlarda icad edilən 10 növ müasir silah

2021/01/56-1609851452.jpg
Oxunub: 2839     16:46     14 Yanvar 2021    
Bir zamanlar qılınc və nizə ilə vuruşduq, indi onları pulemyotlar, dronlar və özütuşlanan raketlər əvəz edir. Bəzən elə gəlir ki, müasir silahların əksər növləri XX əsrdə, ən çoxu iki-üç əsr əvvəl ortaya çıxıb, lakin bu tamamilə doğru deyil. Mövcud müharibə vasitələrinin bir çoxunun prototipləri və ilk versiyalarının yaranması bəzən bir neçə min il əvvələ təsadüf edir.

Yerüstü minalar. Çinlilər partlayıcı maddələrin hazırlanmasında böyük mütəxəssislər idilər və yerüstü minalara görə biz onlara borcluyuq. İlk belə qurğular XIII əsrdə ortaya çıxdı və Sun imperiyasının sonunda monqollara qarşı döyüşdə istifadə edildi.


Dəniz minaları. Quru minaları kimi, dəniz minaları da yüz ildən sonra, orta əsrlərdə Çində uğurla istifadə olundu. İlk dəfə belə minalar artilleriyaçı Jiao Yu tərəfindən hazırlanan traktatda təsvir edilib və XVI əsrdə yapon piratlarına qarşı istifadə edilib. Faktiki olaraq bu minalar partlayıcı maddələrlə dolu üzən taxta sandıqlar idi.


Atıcı silahlar. İlk atıcı silahlar Sun imperatorluğunun süqutundan sonra işğal olunan ərazilərdə dövlət quran monqollara aiddir. İlk atıcı silahlar Yuan imperiyasında, XIII əsrin sonu - XIV əsrin əvvəllərində meydana gəldi.


Zəhərli qazlar. Kimyəvi silahdan ilk "rəsmi" istifadə 256-cı ildə, Romanın keçilməz "Dura Europos" qalasının farslar tərəfindən mühasirəyə alındığı zaman baş verib. Arxeoloji tapıntıların sübut etdiyi kimi, farslar qatran və kükürd zəhərli qarışığından istifadə edərək onlarla romalı əsgəri öldürdülər. Eramızın IV əsrindəki Çin mətnlərinə inansaq, xardal qazının antik analoqu daha əvvəllər də istifadə edilib.


Tank. Tankın ilk prototipini xatırlatdıqda ağla gələn ilk şey, Leonardo da Vinçi tərəfindən eskizləri çəkilən vasitələr olur. Lakin qüvvələrin xarici qorunma altında hərəkət etməsi ideyası daha qədim dövrlərdə yaranıb. Eramızdan əvvəl XII əsrdə Çində 12 nəfərlik döyüş arabaları, oxatanlar üçün yuvalara malik Roma mühasirə qüllələri döyüş bölgəsində müasir zirehli texnikalardan heç də pis fəaliyyət göstərmirdi.


Raketlər. Barıt ilə əlaqəli əksər silahlar kimi, raketlər Çində təxminən XV əsrdən etibarən istifadə edilib. Onlar ölümcül qüvvəsi ilə fərqlənmirdilər, dəqiqlik isə tamamilə sıfıra bərabər idi, lakin möhtəşəm və qorxunc görünürdülər.


Əl qumbaraları. "Yunan atəşi" adlanan napalmın analoqu ilə doldurulan keramika qumbaralar X-XII əsrlərdə Bizansda istifadə edilib. Bu barədə çox sayda məlumat qeydə alınmayıb, buna görə də qədim qumbaraların effektivliyi sual altındadır.


Pulemyot. Pulemyotun kifayət qədər məşhur bir "əcdadı" eramızdan əvvəl IV əsrdə Çində istifadə edilən "Ço-ko-nu" arbaletidir. Maqazinli dizaynı sayəsində bu arbaletlər 15 saniyədə 10-a qədər oxdan atəş aça bilirdi.


Torpedalar. Torpedo versiyaları barədə ilk məlumat XIII əsr suriyalı alim Həsən al-Rəmmah tərəfindən izah edilib. Onlar suyun səthində hərəkət edən, partlayıcı maddələrlə doldurulan "yumurta"ya bənzədilirdi. "Əfsanələri məhv edənlər" proqramında iştirakçılar belə bir silahın prototipini topladılar və məlumatın həqiqətə uyğun olduğunu aşkarladılar.


Odsaçan. Bizans İmperiyası qalaları mühasirəyə alarkən və ya dəniz döyüşlərində, müasir odsaçanlara bənzər cihaz vasitəsilə "yunan atəşi"ndən istifadə etməklə düşmən üzərinə od püskürdülürdü. Sonra bu sahədə çinlilər fərqləndilər, onlar müharibələr zamanı tez alovlanan yağları çiləyən qurğulardan istifadə etdilər.


Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Silah  


Bizi "telegram"da izləyin