Bəşər tarixindəki ən qeyri-adi tanklar

2021/01/1-1609850516.jpg
Oxunub: 1135     17:31     12 Yanvar 2021    
Vaxtilə "Rossiyskaya Qazeta"nın verdiyi xəbərə görə, "Hunters History" adlı "Youtube" kanalı "Bəşəriyyət tarixindəki ən qeyri-adi tanklar" layihəsini yayımlamışdı. Üç hissədən ibarət olan videoda, bu növün ən qəribə texnikalıarından: Leonardo da Vinçi tərəfindən icad edilən və UNO-ya bənzəyən ilk tanklardan, ABŞ və SSRİ istehsalı nüvə mühərrikli nəhəng maşınlara qədər bütün zirehli texnikalardan bəhs edilirdi.

İlk döyüş robotu nümayiş etdirilir – bu, İkinci Dünya müharibəsində Almaniyanın istifadə etdiyi özüyeriyən tırtıllı "Qoliaf" minası və nasistlərin hegemoniyasının məhsulu olan, "drednout" (qorxmaz) tipli 1000 tonluq "Ratti" (Land Cruiser P. 1000 "Rat") tankıdır. Bu tanklar pulemyot vəzifəsini yerinə yetirmək üçün təyin edilən 120 mm-lik gəmi topları ilə silahlanmalı idi. Tankın ekipajı 28 nəfərdən ibarət idi.

"Obyekt 279" ağır tankının Sovet prototipi üstün taktiki və texniki xüsusiyyətlərə sahib idi. Axımlı forma tankın zirehdələn mərmilərdən qorunmasını təmin edirdi. 130 mm-lik top hər hansı bir düşmən tankının məhv edilməsinə zəmanət verirdi. İkiqat tırtıllar və aşağı ağırlıq mərkəzi istənilən ərazidə inamla irəliləməyə imkan verirdi. Bu istiqamətdə işlər raket texnikasının inkişafını dəstəkləyən Nikita Xruşşovun şəxsi göstərişləri ilə məhdudlaşdırıldı.

1948-ci ildən sonra hazırlanan T-34E (elektrik) tankı düşmən tanklarını və ekipajları güclü elektromaqnit axını ilə məhv edirdi. Bu zaman elektron avadanlıqlardan başqa, texnikanın özü yəqin ki, ziyan çəkmirdi. Enerji təchizatını qüllənin arxasında quraşdırılan nüvə reaktoru təmin edirdi.

Britaniyadan olan bir nəfər texnologiya həvəskarı, T-34 tankını beton bloklarla təchiz etdi, baxmayaraq ki, betonun zireh kimi yararsızlığı XX əsrin əvvəllərində təsdiq edilib. Görünən odur ki, eyni texnologiyadan istifadə edən Donbasdakı Ukrayna hərbçiləri də bu barədə heç bir məlumata malik deyillər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tanklar   T-34  

Bəşər tarixindəki ən qeyri-adi tanklar

2021/01/1-1609850516.jpg
Oxunub: 1136     17:31     12 Yanvar 2021    