Ordu.az xəbər verir ki, bu barədə Sinqapur Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, raketlər bir müddətdir sınaq mərhələsində idi.
Raketlər Sinqapur ordusunun qırıcı, Pilotsuz Uçuş Aparatları (PUA) və dəqiq sursat kimi havadan gələn təhdidlərin qarşısını almaq üçün hazırlanmış hava hücumundan müdafiə sisteminə inteqrasiya edilib.
2018-ci ildə təqdim olunan “Aster-30” raketlərinin təxminən 20 il Sinqapur ordusunda xidmət göstərməsi gözlənilir.
Sevinc Əliyeva
Ordu.az